|
|
|
Sığorta | | | "AZSIĞORTA"nın Direktorlar Şurasına yeni sədr təyin olunub |
12.01.2017 | |
| |
Baki, FinanceTime. 30 dekabr 2016-cı il tarixində səhmdarlar yığıncağının qərarına əsasən,Viladi Manıyev "AZSIĞORTA" şirkətinin Direktorlar Şurasının yeni sədri təyin edilib.
Viladi Manıyev Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1975-1993-cü illərdəBakıda və Moskvada akademik fəaliyyətləməşğul olub. 1993-cü ildən kommerasiya təşkilatlarında çalışmağa başlayıb. 1996-cı ildənsığorta sahəsində karyerasını davam etdirib və artıq 20 ildir ki bu sahədə fəaliyyət göstərir.“ASC Insurance Company”, “Caspian Insurance”, “Chartis Azerbaijan” və“Qala Sığorta”kimi şirkətlərdə İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. 2008-2010-cu illərdə Amerika Azərbaycan Ticarət Palatasının bank, maliyyə və sığorta komitəsinin sədri olmuşdur.
Ailəlidir, 2 övladı var.
|
|
|
|