1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” Bakı Dövlət Universitetinin tələbələrini mükafatlandırıb
17.01.2017

Baki, FinanceTime.  “PAŞA Həyat” şirkəti Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbələri üçün “Azərbaycanda həyat sığortası” mövzusunda elan etdiyi yazı müsabiqəsinin nəticələrini açıqlayıb.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, müsabiqənin yekunlarına həsr olunmuştədbiri giriş sözü ilə açan “PAŞA Həyat” sığorta şirkətinin əməkdaşı Elnur Hüseynquluyev müsabiqənin nəticələri ilə bağlı geniş məlumat verib. “Müsabiqəyə ötən ilin noyabr ayının 23-dən start verilib və yekun olaraq müsabiqəyə tələbələr tərəfindən 23 yazı təqdim olunub. Həyat sığortasının spesifik sahə olmasına baxmayaraq, tələbələrin təqdim etdiyi məqalələr sırasında həyat sığortasının mahiyyəti, həyat sığortasının vacibliyini, eləcədə həyat sığortasının əsas üstünlüklərini özündə əks etdirən maraqlı yazılar olub. Müsabiqədə yer tutumuş məqalələr “PAŞA Həyat” və BDU-nun əməkdaşlarından ibarət münsiflər heyətinin üzvlərinin apardıqları qiymətləndirmə nəticəsində müəyyənləşib.Artıq biz bu gün həmin qaliblərin adlarını elan edərək onları mükafatladıracağıq. Ümid edirəm ki, “PAŞA Həyat” şirkətinin BDU ilə əməkdaşlığı bununla bitməyəcək, yeni layihələr üzərində işləyərək gəlcəkdə BDU ilə əməkdaşlığımızı daha da gücləndirəcəyik” - deyə E.Hüseynquluyev qeyd edib.

Tədbirdə çıxış edən BDU-nun jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli “PAŞA Həyat” şirkəti tərəfindən həyata keçirilən yazı müsabiqəsi layihəsini yüksək qiymətləndirərək gələcəkdə BDU ilə bu cür layihələrin davamlı olmasına əminliyini bildirib. C.Məmmədli sözlərinə görə, bu müsabiqənin keçirilməsi jurnalistika fakulətəsinin tələbələrinin həyat sığortası sahəsində geniş maariflənməsi ilə yanaşı onların gələcək işlərinə də böyük təsiri olacaq.     

Daha sonra müsabiqədə yer tutmuş tələbələrin mükafatladırılmasına başlanılıb. Münsiflər heyəti üzvlərinin yekun qərarı ilə 70 balla I yerin qalibi Rizvan Fikrətoğlu, 68 balla II yerin qalibi Ulucay Akif və 64 balla III yerin qalibi Həşim Səhrablı elan olunub. “PAŞA Həyat” tərəfindən I yerin qalibinə 500 AZN, II yerin qalibinə 300 AZN və III yerin qalibinə isə 200 AZN pul mükafatı və hədiyyələr təqdim olunub.      

Qeyd edək ki, mükafatlandırma mərasimində “PAŞA Həyat” sığorta şirkətinin maarifləndirmə şöbəsinin müdiri Pərviz Quliyev, BDU-nun jurnalistika fakultəsinin tədris işləri üzrə dekan müavini Könül Niftəliyeva, BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova və digər şəxslər iştrak edib.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment