|
|
|
Neft və qaz | | | ARDNŞ “Bos Shelf”in tamhüquqlu sahibinə çevrilib |
17.09.2012 | |
| |
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə iri neft-infrastruktur layihələrini həyata keçirən “Bos Shelf” birgə müəssisəsinin tamhüquqlu sahibinə çevrilib.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, ARDNŞ bu müəssisədə digər şirkətlərin, o cümlədən İtaliyanın “Saipem” şirkətinin payını alıb və onun yeganə sahibinə çevrilib: “Burda əsas məqsəd Azərbaycanda həyata keçirilən iri layihələrin podratçısının yerli şirkət olmasıdır. İndiyədək Azərbaycanda həyata keçirilən iri layihələrin əsas podratçıları xarici şirkətlər, o cümlədən “Saipem” və “McDermott” şirkətləri idi. Azərbaycan şirkətləri isə burda yalnız subpodratçı kimi iştirak edirdilər. İndi isə iri neft şirkətləri ilə razılığa gəlmişik ki, bütün böyük layihələrin podratçısı “Bos Shelf” şirkəti olacaq. Bu müəssisə Heydər Əliyev adına Dərin Özüllər Zavodu ilə birlikdə bu layihələri reallaşdıracaq”.
R.Abdullayev qeyd edib ki, son vaxtlar şirkətdə işçilərin iş yerlərinin dəyişdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin səbəbi də məhz budur: “Bazar iqtisadiyyatının tələblərinə və beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyinə görə “Bos Shelf”də yalnız əsl mütəxəssislərin çalışması nəzərdə tutulur. Bu məqsədlə ARDNŞ əməkdaşlarının ixtisas səviyyəsinin artırılması üçün lazımi tədbirlər görür”.
www.apa.az
|
|
|
|