Baki, FinanceTime. Azərbaycanın ən iri sığorta şirkətlərindən biri - “Atəşgah” Sığorta Şirkətində (SŞ)kadr dəyişikliyi baş verib.Belə ki, Şirkətin İdarə Heyəti Sədrinin müşaviri vəzifəsini tutan Fərid Quliyev “Atəşgah” SŞ İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
F. Quliyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika ixtisası üzrə bakalavr, daha sonra Azərbaycan Dövlət İqtisad Universitenin Maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Peşəkər fəaliyyətinəbank sektorunda başlamışdır və bir sıra rəhbər vəzifələrdə çalışmışdır. 2016-cı ildən etibarən "Atəşgah" SŞ –də çalışır.
F. Quliyevin bu vəzifə üzrə səlahiyyətləri 13 fevral 2017-ci il tarixindən qüvvəyə minir.
“Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.