1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” 6 illiyini qeyd edir
14.02.2017

Baki, FinanceTime. Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “PAŞA Həyat” bu gün fəaliyyətə başlamasının 6 illiyini qeyd edir. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, “PAŞA Həyat” 6 il əvvəl - 14 fevral 2011-ci il tarixindən Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında fəaliyyətə başlayıb.

Həmin dövrdən “PAŞA Həyat” Azərbaycan iqtisadiyyatına, o cümlədən ölkənin sığortası bazarının inkişafına öz mühüm töhfəsini verərək Azərbaycanın ən aparıcı həyat sığortası şirkəti statusuna nail olub.

Düzgün və uğurlu strategiya tətbiq etməsi nəticəsində şirkət Azərbaycan sığorta bazarının güclü maliyyə dayanıqlığı olan, həmçinin göstərdiyi yüskək və keyfiyyətli sığorta xidmətlərinə görəmüştəri məmnuniyyəti qazanan, yüksək inkişaf meyllərini daim davam etdirən, eləcə də ictimaiyyət arasında ən etibarlı şirkət statusu qazanaraq korporativ dəyərlərə malik bir maliyyə qurumu imicini qazanıb.

Əsas maliyyə göstəricilərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, 6 illik fəaliyyəti dövründə şirkət nizamnamə kapitalını 5,75 dəfə artıraraq40,250 mln. manata, aktivlərinin həcmini isə 165 mln. manata çatdırıb. Xüsusilə qeyd olunmalıdır ki, aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbaycanın ümumi sığorta bazarının ən iri sığorta şirkəti hesab olunur.

Bununla yanaşı, şirkət ötən ildə həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə (77,679 mln. manat) ölkədə fəaliyyət göstərən sığorta sirkətləri sırasında ikinci yerdə qərarlaşıb.Məhz bu uğurlu inkişafın nəticəsi olaraq, “PAŞA Həyat” kapital və müxtəlif biznes-maliyyə göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarınınlider şirkətidir. 

“PAŞA Həyat” fəaliyyəti dövründə yalnız maliyyə sahəsində əldə etdiyi uğurları ilə deyil, həmçinin müasir tələblərindən irəli gələrək, cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan tarixi-mədəni irsin qorunması, idmanın inkişafı və bir çox maraqlı sosial layihələri ilə də gündəmdədir.

Hazırda “PAŞA Həyat” inkişafını yüksələn xətlə davam etdirir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment