|
|
|
Sığorta | | | Rusiyanın “Soqlasiye” sığorta şirkəti Azərbaycanda nümayəndəlik açır |
20.09.2012 | |
| |
Sentyabrın 19-da Rusiyanın “Soqlasiye” sığorta şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin açılışına həsr edilmiş tədbir keçirilmişdir.
“Soqlasiye” şirkətinin baş direktoru Elnur Süleymanov yerli sığorta şirkətləri ilə strateji tərəfdaşlıq planları haqqında məlumat vermişdir. Bildirilmişdir ki, nümayəndəlik yerli sığorta şirkətlərinin risklərinin təkrarsığortası xidmətlərini göstərəcəkdir.
“Soqlasiye” Rusiyanın aparıcı sığorta şirkətlərindən biridir və özünün 19 illik təcrübəsini Azərbaycan Respublikasının sığorta bazarının inkişafı üçün həyata keçirəcəkdir. Bu, öz növbəsində, Azərbaycan ilə Rusiya arasındakı iqtisadi münasibətlərə yeni mərhələ gətirəcəkdir. Bildirilmişdir ki, şirkətin cari ilin birinci yarısında topladığı sığorta haqqının məbləği 16,4 milyard rubl olmuşdur.
www.azertag.com
|
|
|
|