Baki, FinanceTime. Vergilər Nazirliyi 20 fevral 2017-ci il tarixində AZSIĞORTA şirkətinə Şəffaf Vergi Partnyorluğu statusu verib.
AZSIĞORTA vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etdiyinə, vergiləri tam həcmdə və vaxtında ödədiyinə, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etdiyinə, gücləndirilmiş elektron imzaya sahib olduğuna, mühasibat uçotunu standartlara uyğun şəkildə apardığına görə bu statusa layiq görülüb.
Həmçinin bu statusu almaq üçün vergi ödəyicisi saxta sənədlər qəbul və təqdim etməməli, son 3 il ərzində iqtisadi sahədə barəsində cinayət təqibi aparılmamalıdır. Bu da onu göstərir ki, AZSIĞORTA fəaliyyətini tam şəffaf və qanun çərçivəsində həyata keçirir.
Qeyd edək ki, AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.