Baki, Finance Time. Azərbaycanın ən iri sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti 2012-ci ilin yanvar – avqust ayları ərzində KASKO sığortası üzrə 2,7 mln. AZN məbləğində ödəniş həyata keçirib. Bu keçən ilin analoji dövrü iləmüqayisədə 600 min AZN çoxdur.
2012-ci ilin avqust ayı ərzində “Atəşgah” SŞ KASKO üzrə 3 iri sığorta ödənişi həyata keçirib. Belə ki, 44 500 AZN məbləğində sığorta ödənişi Giləzi-Xızı yolunda çevrilərək zədələnən HOWO markalı avtomobil üçün ödənilib.
Analoji hadisə Xaçmaz rayonu ərazisində Hyundai County markalı avtomobillə də baş verib. Ödəniş məbləği 25 000 AZN təşkil edib.
20 765 AZN məbləğində üçüncü ödəniş Volkswagen Passat CC markalı avtomobilin VAZ 21063 markalı avtomobillə toqquşması hadisəsinə görə həyata keçirilib.
Ümumilikdə 2012-ci ilin avqust ayı ərzində Şirkət tərəfindən həyata keçirilən KASKO ödənişlərin ümumi məbləği 447 min. AZN çox təşkil edib.