1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”ın dəstəyi ilə Sumqayıt məktəbliləri üçün sosial layihəyə start verilib
06.04.2017

Baki, FinanceTime.   "PAŞA Həyat Sığorta" şirkətinin dəstəyi ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" adlı layihəyə start verilib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər 18 saylı orta məktəbdə keçirilən açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, “Azərikimya” İstehsalat Birliyi və digər müəssisə və təşkilatların nümayəndələri iştirak edib.    

Bildirilib ki, layihənin əsas məqsədi gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil almalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.

Layihəyə Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 məktəbdən 500-dən çox şagird qatılacaq. Seminar tipli layihədə hər təhsil ocağından 10-12 yaş arası əlaçı şagirdlər iştirak edəcək. 

Qeyd edək ki, “PAŞA Həyat Sığorta şirkəti "Futbol və Sağlam Həyat" layihəsinə 2014-cü ildən dəstək göstərir. Layihə “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə həyata keçirilir. İndiyədək bu müddət ərzində 2000-dən çox məktəbli sözügedən layihənin iştirakçısı olub.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” şirkəti 2011-ci ildən fəaliyyət göstərir. Şirkət korporativ sosial məsuliyyətini dərindən dərk edərək cəmiyyət üçün mühüm əhəmiyyətə malik olan sosial layihələrin icrasına daim dəstək göstərir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment