1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask Qazananlar Klubu Istanbulda toplandı
18.04.2017

Baki, FinanceTime. AXA MBASK Sığorta Şirkətinin 2016-cı ilin yekunlarına görə ən yüksək satış nəticələri göstərmiş sığorta agentləri, İdarə heyətinin üzvləri və şirkətin əməkdaşları ilə birlikdə İstanbula səyahət etdilər.

3 günlük səfər əsnasında, agentlər şəhərin müxtəlif tarixi yerlərini ziyarət edib, AXA SİGORTA-nın Baş Ofisində sığorta bazarının imkanları və cari problemlərinə həsr olunan işgüzar görüşlər də keçirtdilər.

Görüşlərdə AXA MBASK və AXA SİGORTA Şirkətlərin rəhbərliyi, agentliklər şəbəkəsinin genişləndirilməsini, könüllü və icbari sığorta növlərinin satış həcmlərinin artırılmasına yönəldilmiş plan və strategiyaları, müştəriyə təqdim edilən xidmətin keyfiyyətini artırılması, habelə əməliyyat proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmasına dair sığorta agentlərinin təklifləri və layihələrini agentlərlə müzakirə edib, öz təcrübələri ilə bölüşdülər.

AXA Qrupun Qlobal strategiyasına uyğun olaraq, şirkətin illik gəlirin müəyyən hissəsi agentlərın inkişafına və motivasiyasına sərf olunur.

Bunun əsasında, şirkətdə, sığorta agentləri ilə münasibətlərin inkişaf etdirilməsi çərçivəsində ən effektiv motivasiya amillərini özündə birləşdirən, unikal bir motivasiya sistemi işlənib hazırlanmışdır. “AXA MBASK Qazananlar Klubunun” iclasları məhz həmin proqramın tərkib hissəsidir.  

“Qazananlar Klubunun” iclasları hər il müxtəlif ölkələrdə keçirilir. Bu günə kimi Klub, Türkiyədən başqa,  Şimali  Kiprdə, Gürcüstanda və BƏƏ-də yığılmışdır. Növbəti yığıncaqları da xarici ölkələrdə keçirilməsi nəzərdə tutulub.

Satışların  70 % - dən artıq  sığorta agentləri vasitəsi həyata keçirən AXA MBASK, sahibkarlıq prinsipinə uyğun olaraq öz portfelini quran sığorta agentlikləri şəbəkəsinə dəstək verməyə dəvam edir. Hal-hazırda, bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Bu ildən başlayaraq isə, AXA MBASK Sığorta Şirkəti Azərbaycanda qadın sahibkarlığına dəstək verilməsi və onun inkişaf etdirilməsi məqsədilə, "Xanım agentlər" adlanan və yalnız qadınlar üçün nəzərdə tutulan yeni layihəyə başlamışdır. Bu layihə çərçivəsində AXA MBASK sığorta fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara şirkətin brendi altında sığorta agentliyi açaraq öz bizneslərinə eksklusiv şərtlər ilə başlamaq imkanı təklif edir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment