Baki, FinanceTime. A-Qroup Sığorta Şirkəti neyroblastoma - endokrin sisteminin xərçəngi diaqnozu qoyulmuş dördaşlı Sığortalı körpənin həyati əhəmiyyətli müalicə xərclərini ödəməyi öhdəsinə götürmüşdür.
Körpə Türkiyədə lazımı müalicə alır. A-Qroup,5 ay ərzində xaricdə keçirilmiş tibbi prossedurların ödənişlərini artıq həyata keçirib.
Təkcə bu günə olan ödəniş məbləği 18 000 AZN təşkil edir.A-Qroup mərhələli şəkildə, müvafiq müalicənin aparıldığını təsdiq edən sənədlər təqdim edilən kimi, ödənişi həyata keçirir.
Qarşıda hələ müalicənin növbəti ayları gözləyir. Biz ümid edir və inanırıq ki, hər şey müsbət sonluqla bitəcək!
A- Qroup Sığorta Şirkəti öz müştərilərinin qayğısına qalan və onları beynəlxalq standardlara uyğun, yüksək keyfiyyətli xidmətlətəmin edən şirkət olaraq qalmaqda davam edir.