Baki, FinanceTime. Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti xaricə gedənlərin sığortası çərçivəsində bir sığorta hadisəsi üzrə 26.503 AZN ödəniş həyata keçirib.
Belə ki, Malayziyanın Kuala Lumpur şəhərinə səfəri zamanı sığortalanmış şəxs insult keçirərək xəstəxanaya düşmüşdür. İki həftədən artıq reanimasiyada müvafiq tibbi yardım almışdır. Lakin buna baxmayaq, dünyasını dəyişmişdir. Bu sığorta hadisəsi üzrə “Atəşgah” SŞ ümumi olaraq, 26 503 AZN sığorta ödənişi həyata keçirmişdir. Bu məbləğdən 8300.27 AZN - xəstəxana xərclərinə, qalan 18203.1 AZN isə repatriasiya xərclərinə - mərhumun cənazəsinin Azərbaycana gətirilməsinə görə ödənilib.
Bugün xaricə gedənlərin sığorta polisi (travel insurance) daha da aktuallaşmaqdadır.
Bu cür sığorta polisinin əldə edilməsi sığorta olunan şəxsə xarici ölkələrdə olarkən təcili və təxirəsalınmaz tibbi xidmətlərə zərurət yarandığı zaman lazımi maliyyə müdafiəsinə təminat verir.
_____________________________________________________________________________________
QEYD: “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.