1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


"Kaspersky Lab"2017-ci ildə DDoS hücumların azalmasını qeydə alıb
22.05.2017

Baki, FinanceTime. "Kaspersky Lab" şirkətinin hesabatına əsasən, 2017-ci ilin birinci rübündə ilin başlanğıcı üçün ənənəvi olaraq DDoS hücumlarının azalması qeydə alınıb. Lakin təhlükənin ümumi inkişaf vektoru ekspertlərin proqnozlarını təsdiqləyir. Keçən ilin analoji dövrü müqayisədə hücumların sayı və mürəkkəbliyi artmaqda davam edir.

2017-ci ilin ilk üç ayında “Kaspersky DDoS Intelligence” sistemi 72 ölkədə yerləşən hədəflərə hücumlar qeydə alıb.

Botnetlərlə idarəetmə serverlərinin sayına görə Cənubi Koreya birinci, ABŞ isə ikinci yerdədir. 2015-ci ilin aprel ayından bəri Hollandiya ilk üçlükdə olan vəhazırda siyahıda yeddinci mövqedə yer alan Çini əvəz edib. Rusiya dördüncu yerdə qərarlaşıb. Bundan başqa, komanda serverinin sayına görə 10 ölkə siyahısından Yaponiya, Ukrayna və Bolqarıstan çıxarılıb. OnlarıHonkonq, Rumıniya və Almaniya əvəzləyib.

Əməliyyat sistemləri üzrə bölüşdürülmə də bu rüb dəyişilib. “Linux” əsaslı İnternet cihazlardan botnetləri sıxışdıraraq “Windows”-botlar ön sıraya çıxıblar: onların payı son rübdən 2017-ci ilin yanvar-mart aylarında25%-dən 60%-dək artıb.

Hesabat dövründə heç bir gücləndirici hücumlar qeydə alınmayıb, lakin şifrələnmədən istifadə olunan hücumların sayında artım olub.Bu,"Kaspersky Lab”ın ötənilki proqnozuna uyğundur: mürəkkəb DdoShücumlarına daha tez-tez rast gəlinir ki, bu hücumları da standart qoryucu vasitələrlə aşkarlamaq çətindir.

Ümumiyyətlə, ilin əvvəli kifayət qədər sakit keçib –ən çox hücüm(994) fevralın 18-də müşahidə olunub və hücum müddəti üçün rekord 120 saat təşkil edib.Bu, 2016-cı ilin dördüncü rübü ilə müqayisədə azdır, belə ki, o vaxtuzunmüddətli hücum 292 saat davam etmişdi.

"İlin əvvəli ənənəvi DdoS hücumların sayının nəzərəçarpacaq azalması ilə xarakterizə olunur –

bu trend artıq beş ildir davam edir. Bu onunla bağlı ola bilər ki, cinayətkarlar və ya onların sifarişçiləri tətilə çıxırlar. Lakin gözlənilən azalmaya baxmayaraq 2016-cı ilin ilk rübü ilə müqayisədə bu ilin yanvar-mart aylarında daha çox DDoS-hücumları qeydə alınıb, bu da öz növbəsində onların sayının artması faktını təsdiqləyir. Ona görə hələ də rahat nəfəs almaq vaxtı deyil, kibercinayətkarlar öz iş ritmlərinə qayıtmazdan əvvəl biz öz müdafiə sistemlərimizi düzgün qurmalıyıq”, - deyə “Kaspersky DDoS Prevention”un Rusiyadakı meneceri Aleksey Kiselyov bildirib.

"Kaspersky Lab” tərəfindən hazırlanmış “Kaspersky DDoS Prevention” proqramı İnternet resurslarını, demək olar ki, istənilən mürəkkəblik və gücə malik olan DdoS hücumlarndan effektiv və çoxsəviyyəli müdafiə sistemi ilə təmin edir.

“Kaspersky DDoS Prevention”da hazırlanmış müdafiə sisteminin prinsipi ona əsaslanır ki, kanalın yüklənməsi və resursun istifadəsini çətinləşdirən bütün xoşagəlməz trafik paylaşdırılmış filtr mərkəzlərindən keçirilərək elə orada qalır. Beləliklə, qorunan resurs yalnız istifadəçilər tərəfindən qanuni sorğuları qəbul edir və hətta hücum zamanı da çalışa bilir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment