Baki, FinanceTime. Korporativ sosial məsuliyyət üzrə dünyanın ən qabaqcıl və tanınmışnəşrlərindən olan “Korporativ Məsuliyyət” jurnalı (“Corporate Responsibility Magazine”) 2017-ci ilin 100 ən Yaxşı Korporativ Vətəndaş siyahısını açıqlayıb. “Coca-Cola” şirkəti bu siyahıda korporativ məsuliyyət siyasətinə görə 30 “ən qabaqcıl” şirkətlər arasındayer alıb. Qeyd edilir ki, “Coca-Cola” korporativ idarəetmə, cəmiyyətin inkişafına dəstək, ətraf mühitin mühafizəsi vəxeyriyyəçilik sahəsindəki artan göstəricilərləseçilib.
“Coca-Cola” şirkətifəaliyyət göstərdiyi hər bir ölkədə cəmiyyətin, müxtəlif icmaların sosial inkişafı üçün dövlət və vətəndaş cəmiyyəti ilə birgə proqramlar həyata keçirir, həmin proqramların maliyyələşməsinə yardım edir. Şirkət özünün təsis etdiyi “Coca-Cola” Fondu vasitəsilə hər il gəlirinin ən az 1%-ni müxtəlif ölkələrdə sosial inkişaf layiələrinə yönəldir. “Coca-Cola” 2016-cı ildə 230-dan çox təşkilata $106 milyon dəyərində ianə edib. Edilmiş ianələrin 97%-i 200-dən çox ölkədə “Coca-Cola” şirkətinin sosial inkişaf prioritetləri olan qadınlara dəstək, cəmiyyətin rifahının yaxşılaşdırılması və ətraf mühitin qorunmasına birbaşa olaraq öz müsbət təsirinigöstərməkdədir.
Azərbaycanda da “Coca-Cola” cəmiyyətin inkişafı üçün bir sıra önəmli layihələrə dəstək olur. Belə ki, “Coca-Cola” şirkəti Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə tərəfdaşlıq çərçivəsində məktəblilər üçün təşkil edilən ən böyük idman yarışı olan - “Olympic Moves” proqramını həyata keçirir. Həmin proqram sayəsində Bakı, Sumqayıt, Gəncə və Göygöl şəhərlərinin 400 məktəbindən 100 minədək yeniyetmə müntəzəm olaraq yüngül atletika, velosiped idmanı, basketbol və badminton kimi fərqli idman növləri ilə məşğul olur.
«“Olympic Moves” proqramının funksiyası cəmiyyət arasında olimpiya ideallarının və dəyərlərinin yayılmasıdır. Bu gün biz “Olympic Moves” proqramı nümunəsində qısa zaman kəsiyində olimpiya ideallarının və dəyərlərinin necə tanındığının şahidi oluruq. Biz “Coca-Cola” şirkəti ilə 1996-cı ildən bəri Azərbaycanda gənclərin inkişafı istiqamətində çalışırıq və mən şirkətə bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkür etmək istərdim», - deyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Gənclərin inkişafına yönələn və “Coca-Cola” şirkətinin dəstəyi ilə reallaşan digər proqram Azərbaycan məktəblərinin ən böyük futbol yarışması olan “Coca-Cola Məktəbli Kuboku”dur. Proqram artıq 6 ildir ki, AFFA və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir və hər il 200 mindən çox məktəbli futbol yarışlarına cəlb olunur.
“AFFA, Təhsil Nazirliyi və “Coca-Cola” artıq 6 ildir ki, məktəblilər üçün futbol turniri təşkil edir. Bu, Azərbaycanın, demək olar ki, bütün rayon və şəhərlərini əhatə edən ən irimiqyaslı məktəbli idman layihəsidir. Hər şeydən öncə bu, uşaqların futbola olan həvəsi, onların futbol arzularını reallaşdırmağa kömək edir, gəncləri idmana, fəal həyat tərzinə alışdırır və ümumilikdə ölkəmizdə futbolun inkişafına xidmət edir. Çox şadıq ki, “Coca-Cola” gənclərin inkişafı və futbolun inkişafına belə diqqət yetirir”, - deyə AFFA-nın baş katibi Elxan Məmmədov qeyd edib.
Ekoloji inkişafı özünün sosial inkişaf prioritetlərindən biri elan edən Coca-Cola şirkəti Azərbaycanda ADA Universiteti ilə birlikdə geniş miqyaslı yaşıllaşdırma proqramı həyata keçirir. 2014-cü ildə Azərbaycanda “Ağac əkək, təbiətə töhvə verək” şüarı ilə başlayan bu proqram nəticəsində Bakı və Bakı ətrafı bölgələrdə artıq 40 mindən çox ağac əkilib.
«“Coca-Cola” ilə birgə həyata keçirdiyimiz “Ağac əkək, təbiətə töhvə verək” layihəsi Azərbaycanda ətraf mühitin qorunması və inkişafı üçün ciddi bir addımdır. Layihə müddətində 40 mindən artıq ağac əkilib və bu rəqəmin 100 minə çatdırılması planlaşdırılır. Ağac əkmək asandır, amma onu səmərəli üsullarla qoruyub saxlamaq çətindir. Biz əkdimiyimiz hər bir ağacı damcı suvarma sistemi ilə təmin etmişik ki, bu da ağacların uzun illər yaşamasına və Azərbaycanın içməli su ehtiyatlarının qorunmasına kömək edəcək», - deyə ADA Universitetinin dekanı və Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri Elnur Soltanov bildirib.
Bundan başqa, “Coca-Cola” şirkəti “BMT-nin İnkişaf Proqramı”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Neftçalada Qadınlar üçünResurs Mərkəzinin əsasını qoyub. Neftçala, Salyan və ətraf rayonlardan işsiz qadınları bir araya toplayan mərkəzdə qadınlar biznes bacarıqları üzrə təlimlərdə iştirak edir. Layihə nəticəsində əyalətdən olan xanımlar tərəfindən 10-dan çox kiçik biznes fəaliyyətə başlayıb.
2013-cü ildə isə“Coca-Cola” şirkəti, Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi “Youth Inc.” adlı gənclər arasında sahibkarlığa dəstək layihəsinə start verilib.Fəaliyyət dövründə proqramda 5 mindən artıq gənc iştirak edərək biznes bilik və bacarıqlarına yiyələnmiş, nəticədə 8 müxtəlif biznes layihəsi həyata keçirilib. “Youth Inc.” ölkədə gənc sahibkarlığın dəstəklənməsinə yönəlmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının ən uğurlu layihələrindəndir.
“Hər bir ölkənin və cəmiyyətin gələcək inkişafı birbaşa olaraq gəncliyin inkişafından asılıdır, buna görə də gənclərin biznes fəaliyyətinə həvəsləndirilməsi prioritet məsələlərdən biridir. “Youth Inc.” proqramı vasitəsiləbiz gənc sahibkarlığı dəstəkləmək, startapekosistemini yaxşılaşdırmaq və ölkədə kiçik və orta biznes sinfini formalaşdırmaq üçün effektiv platforma yaradırıq”, - deyə "Vətəndaş Cəmiyyətində Debat" İB-nin icraçı direktoru Ələkbər Mustafayev bildirib.
“Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib: “Dünyanın ən qabaqcıl sosial məsuliyyətli şirkətlərindən biri olaraq “Coca-Cola” nəinki özünün dünya səviyyəli keyfiyyətli içkiləri ilə tanınır, eyni zamanda fəaliyyətdə olduğu hər bir ölkənin sosial rifahı üçün müxtəlif layihələrə də dəstək olur. Azərbaycanda çalışdığımız illər ərzində gəncləri, qadınları, eləcə də bir çox ekoloji problemləri əhatə edən layihələrə imza atmışıq ki, hazırda yerinə yetirilmiş işlərin müsbət nəticəsini görmək hər birimizi qürurlandırır. “Coca-Cola” olaraq bundan sonra da cəmiyyətin inkişafını dəstəkləyən layihələri yerinə yetirməkdən məmnunluq duyacağıq”.
Ümumi məlumatla qısa video formatında və ya infoqrafika şəklində tanış olmaq üçün bu keçidə daxil olun.
Daha ətraflı: Giving Back.