Baki, FinanceTime. “Saxo Bank Group” 2017-ci ilin ilk altı ayının yekunlarına dair maliyyə nəticələrini dərc edib, xalis mənfəət 2016-cı ilin analoji dövrü ilə müqayisədə 45% artaraq 229 mln Danimarka kronu (36,6 mln ABŞ dolları) təşkil edib. Müştəriləridepozitlərinin təminatı rekord həddə – 98,3 mln krona (15,7 mln dollar) çatıb, və aşağı volatilliyə baxmayaraq bankın əməliyyat gəlirləri 1,56 mlrd kron (250 mln dollar) təşkil edib, halbuki ötən il bu göstərici 1,46 mlrd krona (234 mln dollar) bərabər olub.
Bank etibarlı kapital bazasını saxlamaqdadır, 2017-ci ilin iyunun 30-na olan məlumata əsasən, “Saxo Group”un birinci dərəcəli əsas kapitalı, birinci dərəcəli kapitalın əmsalı və bankın kapitalının ümumi əmsalı müvafiq olaraq 15,7%, 17,8% və 20% təşkil edib.
2017-cı ilin ilk yarısı üzrə bankın əsas göstəriciləri (2016-cı ilin göstəriciləri mötərizədə göstərilib):
· Əməliyyat gəlirləri: 1 557,6 mlrd kron – 249,3 mlrddollar (1 459,1 mlrd kron – 233,6 mlrddollar)
· EBITDA (mənfəət):495,9 mln kron – 79,4 mln dollar (429,1 mln kron – 68,9 mlndollar)
· Korrektə edilmiş EBITDA: 550,4 mln kron – 88,1 mln dollar (489,6 mln kron – 78,4 mln dollar)
· Verqiqoymadan öncəki mənfəət: 312,2 mln kron – 50 mln dollar(216,3 mln kron – 34,6 mln dollar)
· Xalis mənfəət: 229,5 mln kron – 36,7 mln dollar (158,2 mln kron – 25,3 mln dollar)
· Müştəri depozitlərinin təminatı: 98,298 mlrd kron – 15,7 mlrd dollar (82,032 mlrd kron – 13,1 mlrd dollar)
· Şəxsi kapital: 4 469,9 mlrd kron – 715,5 mlrd dollar (4 077,8 mlrd kron – 652,7 mlrd dollar)
· Kapitalın ümumi əmsalı: 20% (2016-cı ilin sonuna – 19,5%)
“Bu ilin ilk altı ayı üzrə əldə olunan nəticələr müştəri təcrübəmizin yaxşılaşdırılmasına və texnologiyaların təkmilləşdirilməsinə yönələn səylərimizin və investisiyaların effektivliyindən xəbər verir. Sentyabrda biz “Saxo Bank”ın 25-illiyini qeyd edəcəyik, bu dövr ərzində onlayn-ticarət sahəsində ilk addım atanlardan bankinq servisini xidmətlər kimi təqdim edən (BaaS) və dünya kapital bazarlarına çıxışı təmin edən aparıcı təchizatçısıya kimi uzun bir yolu qət etmişik. “Saxo” maliyyə texnologiyaları ilə “maliyyə texnologiyaları” termini yaranmamışdan xeyli əvvəl məşğul olub. Biz əvvəlki kimi müştərilərimiz üçün maliyyə xidmətlərinin rəqəmsallaşdırılması sahəsində lider mövqeyimizi təmin edən texnologiyaların durmadan inkişafına yönəlmişik. 2017-cili birinci yarısının nəticələri onu göstərir ki, biz doğru yoldayıq. Biz həllərimizin inkişafına investisiya yatırmağı davam etdirəcəyik ki, daim öndə olaq və müştərilərimizi ən yaxşı təcrübəmizlə təmin edək”, - deyə “Saxo Bank”ın həmtəsisçisi və icraçı direktoru Kim Furne bildirib.
2017-ci ilin may ayında məlum olub ki, “Zhejiang Geely Holding Group”un (“Geely Group”) törəmə şirkəti olan “Geely International Hong Kong” “Saxo Bank”a 30% səhmlərin satın-alınmasını təklif edib. Tranzaksiya 2017-ci ilin dördüncü rübündə başa çatacaq.