|
|
|
Sığorta | | | Oktyabrın 19-da Bakıda III Sığorta Olimpiadası keçiriləcək |
03.10.2012 | |
| |
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurası tərəfindən sığorta şirkətlərinin nümayəndələri üçün III Sığorta Olimpiadasının keçirilməsinə qərar verilib. Bu barədə «APA-ECONOMICS»ə açıqlamasında ASA-nın sədri Azər Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, bununla bağlı qərar ASA-nın Müşahidə Şurasının son iclasında qəbul edilib. Şuranın qərarına əsasən, oktyabr ayının 19-da ASA-nın təşkilatçılığı və Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin dəstəyi ilə olimpiada keçiriləcək.
A.Əliyev bildirib ki, iclasda Müşahidə Şurası tərəfindən üzvlük haqqı ödəməyən sığorta şirkətlərinin məsələsi də müzakirə olunub. Müzakirələr nəticəsində Şura tərəfindən üzvlük haqqı ödəməyən sığorta şirkətlərinin rəhbərlərinə üzvlük haqqının ödənilməsi barədə xüsusi məktubun göndərilməsi qərara alınıb.
Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Yeni nizamnamənin tələblərinə uyğun olaraq, qurumun Müşahidə Şurasının tərkibinə daxil olan şirkətlər 16 min manat, illik yığımlara görə ilk onluğa düşən sığorta şirkətləri 7-8 min manat, qalan şirkətlər isə 5 min manat üzvlük haqqı ödəməlidir.
www.apa.az
|
|
|
|