İnsan hüquqlarının müdafiəsinin və İnternetdə qanunlara əməl olunmasının təmin edilməsi məqsədilə Avropa Şurası, “Kaspersky Lab” və bir sıra aparıcı texnoloji şirkətarasında saziş imzalanib. İmzalanma mərasimi Strasburqda təşkil olunan“Demokratiya Uğrunda Dünya Forumu” (“World Forum for Democracy”) çərçivəsində keçirilib.Avropa Şurası tərəfindən sazişi təşkilatın baş katibi Torbyörn Yaqland (Thorbjørn Jagland),“Kaspersky Lab” tərəfindən isə şirkətin dövlət orqanları ilə əlaqələr üzrə vitse-prezidenti Anton Şinqaryov imzalayıb.
“Kaspersky Lab” şirkətindən başqa Avropa Şurası ilə sazişə “Apple”, “Deutsche Telekom”, “Facebook”, “Google”, “Microsoft”, “Orange” və “Telefónica” kimi texnologiya sahəsinin dünya liderləri qoşulub.Bu layihəyə öz dəstəyini həmçinin iri texnoloji assosiasiyalar bildirib, xüsusilə beynəlxalq qeyri-kommersiya təşkilatı olan “Computer & Communications Industry Association” (CCIA), rəqəmsal texnologiyalar sənayesinin Avropa nümayəndəsi “DigitalEurope”, Avropada İT sahəsində ən nəhəng kiçik və orta biznes birliyiolan “European Digital SME Alliance”, Avropa Telekommunikasiya Operatorları Assosiasiyası, bütün dünya üzrə mobil rabitə operatorlarının maraqlarının nümayəndəsi olan GSMA Assosiasiyası və“Global Network Initiative” qeyri-hökumət beynəlxalq təşkilatı.
İmzalanmış saziş Avropa Şurasının qəbul etdiyi 2016-2019-ci illərdə İnternet idarəetmə strategiyasının həyata keçirilməsinin növbəti mərhələsi olub. İnternetdə vətəndaşların müdafiəsi və dəstəklənməsi,onların hüquqlarının təminatı, ifadə azadlığının və bərabərliyin təmin edilməsi, həmçinin kibercinayətkarlıq və terrorizm ilə mübarizə bu strategiyanın əsas məqsədini təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Avropa Şurası həm saziş imzalamış təşkilatlarla, həm də gələcəkdədigər tərəfdaşlarla sıx əməkdaşlıq qurmaq niyyətindədir.
“Kaspersky Lab” şirkətinin Avropa Şurasının təşəbbüsünə qoşulmaq qərarını şərh edən Anton Şinqaryov bildirib: “İnternet – unikal bir məkandır və biz hamımız hər gün bu məkanda oluruq.Burada bizinformasiya portallarıdan və sosial şəbəkələrdən yararlanırıq, məzuniyyət planlaşdırırıq, bazarlıq edirik, bank hesablarımızı yoxlayırıq – nəticədə hər gün bizdən sonra böyük rəqəmsal izqalır.Eyni zamanda, kibercinayətkarlar bizi ciddi təhlükə qarşısında qoyaraq İnterneti öz məqsədləri üçün istifadə edirlər. Hər bir istifadəçinin rəqəmsal həyatdan əsl zövq almağı üçün Avropa Şurasının tərəfdaşı olmağına və digər nüfuzlu təşkilatlarla birgə daha təhlükəsiz və rahat İnternet uğrunda mübarizə aparmağa şadıq”.