|
|
|
Sığorta | | | «AXA-Mbask» sığorta şirkəti «Extranet» veb-şəbəkəsinin tətbiqinə başlayır |
17.05.2012 | |
| |
«AXA-Mbask» sığorta şirkəti xarici korporativ şəbəkə - «Extranet»in tətbiqinə başlayır. Şirkətinbaş ofisindən «APA-ECONOMICS»ə verilənməlumatagörə, «Extranet» on-linerejimində işləyənvə şifrə ilə qorunan, yalnız şirkətinsığortaagentləri üçünnəzərdə tutulmuş veb-şəbəkədir.
«Extranet» şəbəkəsində başlıca diqqət gerçək zaman kəsimində sığorta şirkəti ilə məlumat mübadiləsinə yetirilir. Bununla da agentlər öz portfelinə müstəqil nəzarət edərək satdıqları sığorta şəhadətnamələri haqqında hesabatlar tərtib etmək, qazandıqları komisyon haqları barədə müntəzəm məlumat əldə etmək, müştərilərə dair məlumat bazasını saxlamaq, sığorta müqavilələrin bərpasını nəzarətdə saxlamaq imkanı qazanırlar.
Xatırladaq ki, «AXA-Mbask» sığorta şirkəti 1992-ci ildə «Mbask» adı ilə fəaliyyətə başlayıb. 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir yerli fiziki şəxsə məxsusdur. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 6,731 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
www.apa.az
|
|
|
|