|
|
|
Dünya xəbərləri | | | Avropa Mərkəzi Bankı bir sıra Yunanıstan banklarının kreditləşməsini dayandırıb |
17.05.2012 | |
| |
Avropa Mərkəzi Bankı (AMB) bir sıra Yunanıstan bankları ilə pul-kredit əməliyyatlarını dayandırıb.
“APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, buna səbəb həmin bankların indiyədək uğurla təkrar maliyyələşdirilməməsidir.
Bu qərarın neçə banka aid olduğu rəsmən açıqlanmasa da, ən azı 4 Yunanıstan bankının nizamnamə kapitalının mənfi səviyyəsinə çatdığı bildirilir. AMB-nin fəaliyyət qaydalarına əsasən, bu cür vəziyyətlə üzləşən banklara vəsait verilmir.
Qeyd edək ki, AMB-nin pul vəsaitlərinə çıxış imkanları bağlanan Yunanıstan bankları likvidliyin dəstəklənməsi mexanizmi çərçivəsində ölkənin Mərkəzi Bankına müraciət etməli olacaqlar.
www.apa.az
|
|
|
|