Baki, FinanceTime. “Saxo Bank Group” 2017-ci ilin yekunlarına dair maliyyə nəticələrini dərc edib, xalis mənfəət 2016-cı illə müqayisədə 33% artaraq 401 mln Danimarka kronu təşkil edib. Müştəriləri depozitlərinin təminatı artmaqda davam edibvə 103,6 mln kron təşkil edib, bununla belə bankın əməliyyat gəliri əvvəlki ilə nisbətən 3% artaraq 3 mlrd krona çatıb.
“SaxoBank Group” kapitalın həcmini də artırıb: 2017-ci ilin sonuna bankın şəxsi vəsaitlə təminat əmsalı 2016-ci ilin sonundakı 19,5%-dən 22,7%-ə çatıb. Beləliklə, “Saxo Bank Group” bufer kapitalını məqbul həcmdə saxlaya bilib.
2017-cı il üzrə bankın əsas göstəriciləri (2016-cı ilin göstəriciləri mötərizədə göstərilib):
· Əməliyyat gəlirləri: 3 mlrd kron (2,9 mlrd kron)
· EBITDA (mənfəət):931,6mln kron (845 mln kron)
· Korrektə edilmiş EBITDA: 1 mlrd kron (954,5mln kron)
· Xalis mənfəət: 401,1 mln kron (302,4 mln kron)
· Müştəri depozitlərinin təminatı: 103,6mlrd kron (92,3 mlrd kron)
· Şəxsi kapital: 4,6 mlrd kron (4,2 mlrd kron)
Nəticələri şərh edən “Saxo Bank”ın həmtəsisçisi və direktoru Kim Furne bildirib ki, 2017-ci ilin göstəriciləri bir daha onu sübüt edir ki, maliyyə və tənzimləyici texnologiyalar sahəsində ixtisaslaşan “Saxo Bank”ın genişlənən biznes-modeli effektivdir. Sözügedən texnologiyalar fərdi müştərilərə müxtəlif aktivlərlə və investisiyalarla ticarətə yol açır, həmçinin institusional müştərilərə “Banking‑as-a-Service” texnologiyası bazasında həllər təqdim edir.Bazar konyukturasının cüzi tərəddüdünə baxmayaraq “Saxo Bank” rekord sayda yeni fərdi və institusional müştəricəlb edib. Müştəri depozitlərinin təminatının yeni səviyyəyədək artırılması müxtəlif növ aktivlər üzrə “Saxo Bank” tərəfindən hazırlanan təklifin cəlbedici olmasını bir daha təsdiqləyir. Bu təklif sayəsində müştərilər bütün bazar dövrələrindəki ticarətlərdə iştirak edə bilirlər.
“Kifayət qədər şəxsi kapitala malik olaraq biz investisiya yatırımını və müştərilərə göstərdiyimiz xidmətləri və texnologiyaları təkmilləşdirməyə davam edəcəyik. Bunun sayəsində müştərilərə istiqamətlənən rəqəmsallaşdırma sahəsində aparıcı mövqedə qala biləcəyik. Nəticələr onu gəstərir ki, “Saxo Bank” doğru yoldadır. Gələcəkdə də bazarda ən yaxşı texnologiyaların fasiləsiz inkişafına prioritet diqqət göstərəcəyik ki, müştəri və tərəfdaşlarımızı məhsul, platforma, qiymət və xidmətlərlə bağlı ən yaxşı ticarət şəraiti ilə təmin edək”, - deyə Kim Furne əlavə edib.