1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


AtaSığorta İlin Agent Gününü keçirdi
14.05.2018

Baki, FinanceTime.  “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə daxil olan sığorta vasitəçiləri və məsləhətçilərinin Quba şəhərində illik toplantısı – “İlin Agent Günü” keçirilmişdir. İdarə Heyətinin sədri Müseyib Əliyev və İdarə Heyəti sədrinin müavini Qoşqar Həsənovun iştirakı ilə baş tutan tədbirdə 100–dən artıq sığorta agenti, satış təmsilçiləri, filial və nümayəndəlik rəhbərləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev açdı. O, sığorta sektorunda müşahidə olunan tendensiyalar və cari vəziyyətlə bağlı məlumat verməklə maliyyə sektorunun daha böyük potensiala malik olmasını və sığorta vasitəçilərinin bu istiqamətdə səylərini yüksək qiymətləndirdiyini vurğuladı. Eyni zamanda sığorta sahəsində geniş əhali kütləsinin maarifləndirilməsi prosesində agent şəbəkəsinin əhəmiyyətli rolu vardır. Qeyd olundu ki, “AtaSığorta” ASC hər zaman sığorta agentlərinə öz peşəkar biliklərini təkmilləşdirmək və satış prosesinin təşkilində uğurlu karyera qurmaqda dəstək verməyi davam etdirəcəkdir.

Növbəti çıxışda İdarə Heyəti sədrinin müavini Qoşqar Həsənov “AtaSığorta” ASC–nin  sığorta sektorunda agentlərin fəaliyyətlərinə müsbət təsir edəcək son yenilikləri və bu yeniklərin yerli bazarda tədbiqi imkanları, sığorta agentlərinin inkişafına dair planlar və strategiyalar, həmçinin agent şəbəkəsi vasitəsi ilə könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərin avtomatlaşdırılması üzrə təkliflər və layihələr haqqında məlumatlar verdi. Tədbirdə sığorta vasitəçiləri və məsləhətçilərini maraqlandıran suallar cavablandırıldı. Fəal sığorta vasitəçilərinə sertifikat və qiymətli hədiyyələr təqdim edildi.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment