Baki, FinanceTime. A-Qroup Sığorta Şirkəti öz sığorta xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, eləcə də onun hüdudları xaricindəki ən qabaqcıl tibb müəssisələrində təqdim edir.
Təkcə 2018-ci ilin ilk 4 ayı ərzində A-Qroup Sığorta Şirkəti13 nəfər sığortalının xaricdə müalicəsini təşkil etmiş və müalicə xərclərini ödəmişdir.
Sığorta ödənişləri cərrahi müdaxilələr, tibbi müayinələr, həmçinin onkoloji xəstəliklərin müalicəsinə görə verilmişdir.
Sığortalılar Türkiyə, Almaniya, Rusiya,İsrail, Ukrayna, Belorusiya və İranınən yaxşı klinikalarında müayinə olunmuş və müalicə almışlar.
Onlardan bəziləri üçün müalicənin növbəti ayları hələ qabaqdadır. A-Qroup həmin sığortalıların hər birinin tezliklə sağalmasını arzu edir və inanır ki, hər şey müsbət sonluqla yekunlaşacaq!
Xatırlatmaq istərdik ki, A-Qroup 22 ildən artıqdır ki, öz müştərilərini sevən, onların hər birinin qayğısına qalan və onlara dünya standartlarına uyğun yüksək keyfiyyətli xidmət göstərən şirkət olaraq qalmaqdadır.