Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin tərkibində dəyişikliklər baş verdi
18.10.2012
Baki, Finance Time. Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyəti sədrinin yeni müavini təyin edilmişdir. Bu vəzifəyə əvvələr Şirkətin maliyyə departamentnin direktoru və eyni zamanda baş mühasib vəzifəsində çalışan və İdarə Heyətinin üzvü olan Rahim Zəkiyev layiq görülmüşdür.
Rahim Zəkiyev 2002-ci ildə, şirkətin təsis olunduğu vaxtdan etibarən şirkətdə çalışır. Bu müddət ərzində o, mühasib vəzifəsindən İdarə Heyətinin üzvü vəzifısinədək yüksəlmişdir.
Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov bu barədə məlumat verərkən bildirmişdir: “Rahim Zəkiyev şirkətimizdə ilk günlərdən çalışan işçilərdən biridir və şirkətin fəaliyyəti və inkişafında onun rolu əvəzsizdir. Biz vəsifələrinə peşəkarcasına, məsuliyyət və şövqlə yanaşan əməkdaşları hər zaman yüksək qiymətləndirmişik. Rahim Zəkiyev məhz belə insanlardandır və bu təyinat onun işə verdiyi töhfənin məntiqi nəticəsidir.”
Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.