Baki, FinanceTime. Bu gün “Qala Həyat” Sığorta Şirkətində ilk dəfə olaraq media nümayəndələri üçün “Açıq Qapı Günü” keçirilib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, şirkətdəki iş prosesi və göstərilən xidmətlərlə tanış olmazdan əvvəl media nümayəndələri ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan şirkətin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elnur Hüseynquluyev “Açıq Qapı Günü”nün “Qala Həyat”da ilk dəfə təşkil olunduğunu və bunun məqsədləri barədə danışıb.
O bildirib ki, “Qala Həyat” şirkəti KİV-lə münasibətlərə daha çöx önəm verib: “Qala Həyat” fəaliyyətə başladığı dövrdən KİV-lə əməkdaşlıq əlaqələrini uğurla davam etdirib. Şirkətin fəaliyyəti tarixində KİV nümayəndələri ilə dostluq münasibəti yaradıb. Redaksiyalar tərəfindən göndərilən sorğu və suallar tərəfimizdən tam vaxtında cavablandırılır, redaksiya əməkdaşları lazım olan informasiyalarla təmin edilir. “Qala Həyat” hazırda KİV-lə münasibətlərini yüksələn xətlə inkişaf etdirir. Bu əməkdaşlıq əlaqələrinin gələcəkdə də uğurla davam etdiriləcək”.
E.Hüseynquluyev bildirib ki, belə bir tədbirin təşkil edilməsində əsas məqsəd ictimaiyyəti, eləcədə media nümayəndələrini şirkətimizin fəaliyyəti, şirkətdə baş verən yeniliklərlə bağlı məlumatlandırmaqdır: “Biz bu tədbiri təşkil etməkləmedia işçilərini struktur bölmələrimizin işi ilə daha yaxından tanış edirik, onlara göstərdiyimiz həyat sığortası xidmətləri barədə məlumatlar veririk. Düşünürəm ki, bu cür görüşlər tez-tez təşkil edilməlidir. Çünki bu görüşlər ictimaiyyətin həyat sığortası sahəsinə olan marağının artırılması ilə yanaşı, onların sığorta biliklərinin yüksəlməsinə, maarifləndirilməsinə köməklik göstərmiş olur”.
Sonra “Qala Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Azər Əlizadə və İdarə Heyətinin sədr müavini Natiq Həsənov şirkətin yaxın vaxtlarda bazara təqdim edəcəyə yeni həyat sığortası məhsulu, eləcə də cari ilin yanvar-may ayları üzrə yığım və ödənişləri və yeni layihələr barədə geniş məlumat veriblər.
Daha sonra media nümayəndələri “Qala Həyat”ın müxtəlif department və şöbələrin, o cümlədən maliyyə departamenti, kadrlar və ümumi işlər departamenti, satış blokunun və digər struktur bölmələrin iş şəraiti ilə ilə yaxından tanış olublar.