1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta”nın Tovuz nümayəndəliyinin açılışı oldu
13.06.2018

Baki, FinanceTime. Müştərilərin daim rahatlığını düşünən “Qala Sığorta”regionlarda nümayəndəlik şəbəkəsinin genişləndirilməsi istiqamətində apardığı işləri uğurla davam etdirir.

Şirkət bu dəfə Tovuz rayonu Həzi Aslanov küçəsində yerləşən nümayəndəliyinin rəsmi açılışını edib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə,“Qala Sığorta” Tovuz rayonunda öz nümayəndəliyi ilə təmsil olunmaqla qərb regionunda yerləşən əhaliyə həyat və qeyri-həyat sığortası məhsullarından yararlanma imkanını daha da asanlaşdırır.

“Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bildirib ki, Tovuz rayonu ölkəmizin digər rayonları kimi əhalinin daha sıx məskunlaşan rayonlarından biridir. Məhz bu baxımdan da,şirkətin inkişaf strategiyasının tərkib hissəsinə uyğun şəkildə bu bölgədə təmsil olunmaq qərarını verdik: “Artıq bu bölgədə yaşayan əhali öz evlərini, avtomobillərini hətta öz həyatlarını belə rahat və operativ şəkildə sığortalaya biləcəklər. Məqsədimiz aqressiv satış taktikasını tətbiq etmək deyil. Biz bölgələrdə öz nümayəndəliyimizi açmaqla eyni zamanda əhalini maarifləndirir, onların sığorta sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək oluruq.Ümumiyyətlə, bu açılışları bir növ şirkətin sosial məsuliyyəti kimi dəyərləndirirəm”.

T.Yunsurov qeyd edib ki, vətəndaşların sığortadan rahat şəkildə yararlanması şirkətin  prioriet hədəflərindən biridir. “Məqsədimiz ölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərmək,baş vermiş sığorta hadisələrinin effektiv şəkildə tənzimlənməsini təmin etməkdir. İlin əvvəlindən indiyədək Lənkəran, Gəncə və Sumqayıt nümayəndəlyimizin rəsmi açılışları olub. 2018-ci ilin büdcə planlamasına uyğun olaraq, yaxın vaxtlarda daha 2 nümayəndəliyin açılışı nəzərdə tutulub”, - deyə T.Yunsurov vurğulayıb.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

Üç illik fəaliyyət tarixi olmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imic və maliyyə göstəriciləri ilə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış şirkət kimi də tanınır.



     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment