|
|
|
Neft və qaz | | | Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları 586 ton qızıl ekvivalentindədir |
23.10.2012 | |
| |
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin strukturunu açıqlayıb.
ARDNF-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, oktyabrın 1-ə olan vəziyyətə fondun aktivlərinin ümumi məbləği 33 068,65 mln. dollar təşkil edir.
İnvestisiya portfelinin 22,94%-i agentliklər və beynəlxalq təşkilatların istiqrazlarında, 22,54%-i qısamüddətli kommersiya kağızlarında, 18,06%-i korporativ istiqrazlarda, 11,77%-i maliyyə istiqrazlarında, 11,66%-i suveren borc kağızlarında, 5,36%-i zəmanətli istiqrazlarda, 4,37%-i depozitlər və pul bazarı alətlərində, 1,86%-i qızılda, 1,35%-i səhmlərdə, 0,09%-i munisipal istiqrazlarda saxlanır.
Göründüyü kimi, investisiya portfelinin yalnız 1,86%-i qızılda saxlanır. ARDNŞ-ın qızıl ehtiyatlarının 10 891 kiloqram olduğunu nəzərə alanda fondun ümumi investisiya portfeli 586 ton qızıl ekvivalentindədir.
www.apa.az
|
|
|
|