1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası III rübün nəticələrini müzakirə etdi
24.10.2012

Baki, Finance Time.  Fiziki şəxslərin cəmi əmanətlərinin (4,4 mlrd. manat) 64%-ni (2,8 mlrd. manat) qorunan əmanətlər,  36%-ni (1,6 mlrd. manat) isə qorunmayan əmanətlər təşkil etmişdir.

Üzv banklarda 2012-ci ilin III rübündə fiziki şəxslərin ümumi əmanətləri 122 mln. manat (2,8%), qorunan əmanətlər 195 mln.manat (6,2%) artdığı halda,  qorunmayan əmanətlər isə 45 mln. manat  (2,7%) azalmışdır. Nəticədə  qorunan əmanətlərin artım tempi ümumi əmanətlərin artım tempindən daha yüksək olmuşdur. Üçüncü rübdə cəlb edilən əmanətlərin əsasən qorunan əmanətlərdə yerləşdirilməsi ilə yanaşı,  banklarda mövcud olan qorunmayan əmanətlərin də bir qisminin tədricən qorunan əmanətlərə keçirilməsi müşahidə edilib.

Üzv banklar tərəfindən  6 362 090 əmanətçıyə xidmət göstərilir ki,  onlardan da 6 006 273  nəfəri (94 faizi)  Qorunan əmanətçidir.

Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 61,3 mln.manat (4,6%) artaraq 1 404 mln. manat olmuşdur..

Qorunan əmanətlərin 56%-i manatda, 39 %-i ABŞ dollarında və  5%-i isə avroda yerləşdirilib.

Fondun üzvü olan “Royal Bank”ASC-də 16 iyul 2012-ci il tarixində sığorta hadisəsi baş vermişdir. Əmanətçilər qarşısında öhdəliklərin reyestrinə əsasən 7 063 Qorunan əmanətçilərin 26,5 mln. manat qorunan əmanətinə ödəniləcək cəmi kompensasiya məbləği 14,7 mln. manat və yaxud 55,5 faiz təşkil edib. Hesabat tarixinə 12,3 mln. manat və yaxud 83.7 faizi kompensasiya ödənilib. Onlardan  4 033 nəfərinin əmanəti 100 manatdan az, 186 əmanətçinin isə  qorunan əmanəti 30 min manatdan çoxdur.

01 avqust 2012-ci il tarixindən etibarən 3 agent bank vasitəsi ilə (“Muğanbank”ASC, “Bank Respublika”ASC, “Azəriqazbank”ASC) kompensasiyaların ödənilməsi prosesi aparılır.

Hal-hazırda Fondun sığorta ehtiyatları 51,9 mln. manat təşkil edir

Vəsaitlərin idarə edilməsi Fondun investisiya siyasətinə əsaslanaraq həyata keçirilir. Fondun vəsaitlərinin 23,9 mln. manat məbləğində olan hissəsi Dövlət qiymətli kağızlarında yerləşdirilmiş və illik gəlirlilik orta hesabla 4% təşkil etmişdir.  Fondun 5,0 mln. avro vəsaiti  “Deutsche Asset Management International” şirkətinin idərəetməsinə verilib.

Xatırlatmaq istəyirik ki, 01 iyun  2010- cu il  tarixindən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid deyil. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.

Sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin  maksimum  həddi 30 min manat məbləğindədir. MDB məkanında ən yüksək kompensasiya məbləği Azərbaycandadır (Qazaxstanda 34 min ABŞ  dolları, Rusiyada 22 min ABŞ dollarıdır).


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment