1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Berlində 10-cu IFA 2018 sərgisi keçirilir
04.09.2018

Dünyanın ən məşhur texnoloji brendləri məhsullarını Berlində nümayiş etdirir; “Acer” – tədbir iştirakçılarından biridir

Baki, FinanceTime. Dünyanın ən yaxşı brendləri sənaye liderliklərini Berlində təşkil olunan IFA 2018 10-cu Beynəlxalq istehlak elektronikası sərgisində nümayiş etdirib, bir sıra “ağıllı” innovasiyaların təqdimatını keçirirlər. Builkisərginin əsas təmayüllərinə ev üçün intellektual avadanlıqlar, süni intellekt, daha keyfiyyətli görüntülü televizorlarvə şəbəkəyə çıxış imkanı olan elektrik cihazlar daxildir. Ümumiyyətlə, sərgidə 1 814 məhsul təqdim olunur.

“IFA – rəqəmsal dünyanın əsl katalizatorudur. Bu sərgi miqyasına və rəqəmsal innovasiyalar üçün təqdim etdiyi artım potensialına görə dünyanın ən iri sərgisidir”, - deyə IFA-n;n icraçı direktoru Yens Hetçerer bildirib.

Sərgi çərçivəsində müxtəlif brendlər istehlakçılara artıq öz məhsullarının təqdimatını keçirib, texnoloji innovasiyaları nümayiş etdiriblər. IFA 2018 dünyaya bazarda ilk dəfə yer alan məhsulları göstərdi. “Acer” şirkəti 7 yeni məhsulu təqdim edən yeganə şirkət oldu. Şirkət dünyanın ən nəzik noutbukunu (“Swift 5-15”) nümayiş etdirib ki, sözügedən noutbukun çəkisi 990 qram təşkil edir. Noutbuk tam sensorlu ekrana malikdir (HD 1920x1080). Bundan başqa, “Acer” təhsilə həsr olunmuş dünyanın ilk əlavəsini və xüsusilə oyunlar üçün hazırlanmış və əyilmiş ekrana malik olan noutbuku təqdim edib.

“Predator Thronos” – “Acer”in xüsusilə qeymerlər üçün maraqlı olacaq yeni məhsuludur. Bütün yeni “Predator Thronos”lar qeymerin oyun məkanını yeni mərhələyə çıxarırlar. 1,5 metrlik hündürlüyə malik olan polad konstruksiyalı kreslo vahiməli qara rəngə boyanıb. Qeymer oyunun effektini tamamlayan güclü vibrasiya sayəsində oyuna qapılır. Sözüfedən kreslo nizamlanır və oturacağın, ayaq üçün altlığın və 140 dərəcəyədək əyilə bilən kabinin erqonomik konstruksiyası ilə fərqlənir. Yuxarıdakı bənd 3 ədəd 27-düymluq monitorun bərkidilməsi və fərdi “Predator”un yeri üçün nəzərdə tutulub. Fərdi və üç ekranlı “Predator”larvə üstəlik qacetlərlə “Thonos” oyun kreslosundan daha artıqdır – bu, “qeymerin mağarasıdır”.

IFA-da “next@acer” mətbuat konfransı zamanı “Acer” şirkəti dünyanın ilk sökülüb-yiğılan qarışıq reallıq dəbilqəsini təqdim edib – “Acer Windows Mixed Reality” – “Acer OJO 500”. Yeni qarnitur mükəmməl elastikliyi, rahatlığı və istehlakçı və biznesin gigiyenasını təmin edən çıxarılıb-taxılan konstruksiya ilə təchiz olunub. “Acer OJO 500”ü, həmçinin, təhsil və elm sahəsində də istifadə etmək mümkündür.

“Yeni “AcerOJO 500” “Windows Mixed Reality” tipli qarniturlar üçün bir neçə yeni vacib funksiya təklif edir. Biz innovasiyalı vizual və audio texnologiyalarla işi yaxşılaşdırmışıq və qarnituru istifadədə daha rahat və asan etmişik”, - deyə “Acer Inc.”şirkətinin baş meneceri Endryu Çjuan qeyd edib.

“IFA 2018” sərgisi sentyabrın 5-dək davam edəcək. Tədbirin ziyarətçiləri xüsusilə onlar üçün buraxılmış bütün yeni məhsullarla tanış olub, onları əldə edə bilərlər.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment