Baki, FinanceTime. “Türk Hava Yolları” aviaşirkəti bu ilin sentyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. Hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 83,4% təşkil edib ki, bu göstərici əvvəlki ayla müqayisədə azalıb. 2017-ci il sentyabr ayının əsas təsiri, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir.
Bu ilin sentyabr ayında sərnişin axınının artımı davam edib. Sentyabrda dasınan sərnişinlərin sayı 1% artaraq 7 milyona çatıb. Yüklənmə səviyyəsi 83,4% təşkil edib.
2018-ci ilin sentyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 2 faiz bəndi artaraq 83%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 2 faiz bəndi artaraq 87%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 3% artıb.
Sentyabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 22% artıb. Artım əsasən daxili reyslər (48%), Şimali Amerika (32%), Afrika (23%) və Uzaq Şərq (20%) hesabına baş verib.
Cari ilin yanvar-sentyabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10% və 12% artıb. Hesabat dövründə aviaşirkət tərəfindən 58 milyon sərnişin daşınıb.
Yanvar-sentyabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 81%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 2 faiz bəndi artaraq 85%-ə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 13% artıb.
Cari ilin ilk 9 ayı ərzində daşınan yüklərin/poçtun həcmi 25% artaraq 1 milyon tona çatıb.