|
|
|
Sığorta | | | “Azərbaycan Sənaye Sığorta” ASC lisenziya ilə bağlı açıqlama |
19.10.2018 | |
| |
“Azərbaycan Sənaye Sığorta” ASC1996-ci ildə yaradılmış peşəkar sığorta şirkətidir. Şirkətin müştərilərə qarşı siyasətinin əsasını hər bir riskə fərdi qaydada yanaşma təşkil edir. Fiziki və korporativ müştəriləri üçün dəqiq, şəffaf və etibarlı tərəfdaş olduğunu 22 il ərzində təstiq edib.
“Azərbaycan Sənaye Sığorta” ASC strategiyasına uyğun olaraq digər sığorta şirkətlərindən riskləri qəbul etmək üçün tələb olunan təkrarsığorta lisenziyasının könüllü qaydada geri təhvil verilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir.“Azərbaycan Sənaye Sığorta” ASC 2015-ci ildən etibarən faktiki olaraq təkrarsığorta riskləri qəbul etmir və bununla bağlı qanunvericiliyə tam uyğun fəaliyyət göstərir. Təkrarsığorta lisenziyasının könüllü qaydada geri təhvil verilməsi “Azərbaycan Sənaye Sığorta” ASC-nin sığorta fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.Şirkət müştərilərə yüksək keyfiyyətli xidmət verir və bu istiqamətdə fəaliyyətini davam etməkdədir.
Qeyd edək ki, Azərbaycan Sənaye Sığorta ASC 2016-cı ildə Global Brands Magazine tərəfindən “Best Non-Life Insurance Company-Azerbaijan 2016”, “Best Non-Life Insurance Company-Azerbaijan 2017”, “Most Trusted Insurance Brand - Azerbaijan 2018”, Finans Digest Magazine tərəfindən “Brand of Business Excellence-Azerbaijan 2016” və 2017-ci ildə Azərbaycan Sənaye Sığorta ASC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Şəffaf Vergi Partnyorluğu” mükafatlarına layiq görülüb.
Sığorta xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.aiic.az saytına, (012) 404 13 03 Çağrı Mərkəzinə və ya müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
|
|
|
|