1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Həyat”da uğurlu inkişaf davam edir – GÖZLƏNTİLƏR ÖZÜNÜ DOĞRULDUR
25.10.2018

Baki, FinanceTime. Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan   “Qala Həyat” sığorta şirkəti öz inkişaf tendensiyasını uğurla davam etdirir.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elnur Hüseynquluyevin verdiyi məlumata görə, şirkətin uğurlu və davamlı inkişafı 2018-ci ilin yanvar-sentyabr ayları üzrə açıqlanan əsas maliyyə göstəriciləri ilə bir daha sübut edir.

“Belə ki, 2016-сı ilin sonunda “Qala Həyat” rəhbərliyinin düzgün istiqamətə yönəltdiyi strategiyanın, eləcə də peşəkar komandanın uğurlu fəaliyyəti nəticəsində portfelin sağlamlaşdırılması prosesi uğurla davam edir. Belə ki, sığorta portfelində icbari və  həyatın ölüm halından sığortası növünün payı artır, satışın həcmi ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 12%% və 32% artmışdır.Bununla da, 2018-ci il üçün hədəflərə uğurla çatmanı qeyd etmək olar. Məlumat üçün qeyd etmək istəyirəm ki, cari ilin yanvar-sentyabr ayları ərzində fərdi və korporativ müştərilər üzrə toplanan məcmu yığımların həcmi 12 257 140 manata çatıb. Düşünürəm ki, “Qala Həyat” rəhbərliyinin bazara uyğun düzgün və strateji addımları növbəti ildə də şirkətin inkişafının sürətlə davam etməsinə zəmin yaradacaq”.

“Qala Həyat”ın sığorta ödənişləri barədə də məlumat verən E.Hüseynquluyev cari ilin 9 ayı ərzində şirkət tərəfindən müştərilərə 11 347 887 manat həcmində sığorta ödənişinin verildiyini bildirib.“Ödənişlərimiz gecikdirilmədən, qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və opreativ qaydada həyata keçirilir. Çalışırıq ki, müştəri göstərdiyimiz xidmətlərdən maksimum razı qalsın.Müştəri məmnuniyyəti səviyyəsini daha da yüksəltmək bizim üçün ən prioritet məsələlərdən biridir” - deyə, E. Hüseynquluyev vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir.Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment