1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”: dünyanın tanınmış universitetləri haker hücumlarına məruz qalıb
26.10.2018

Baki, FinanceTime. Fişinq heç də bankların, ödəmə sistemlərinin, sosial şəbəkələrin veb-səhifələri və digər populyar internet xidmətləri ilə məhdudlaşmır. “Kaspersky Lab”ın ekspertləri hesablayıblar ki, ötən 12 ay ərzində (2017-ci ilin sentyabr ayından) təxminən 1 000 fişinq hücumu dünyanın aparıcı universitetlərinin saytıarına yönəlib.

Fırıdaqçıların məqsədi həmişə olduğu kimi məxfi məlumatların, əsasən də universitetlərin sistemlərində qeydiyyatdan keçmiş insanların loqin və parollarının yığılmasıdır. Fişinq tələsinə kimin düşməsindən asılı olaraq (tələbə, assistent, müəllim), cinayətkarlar əldə etdikləri məlumatları, o cümlədən, bir çox sahədə (iqtisadiyyatdan nüvə fizikasınadək) elmi tədqiqatların nəticələrini müxtəlif informasiyalara daxil olmaq üçün istifadə edə bilir. Bundan başqa, fişerlər IP-ünvanlar və istifadəçinin geolokasiyası haqqında məlumatlar toplayır – ekspertlərin fikrincə, bu informasiyadan onlar antifrod-sistemlərinin ötüb keçməsi üçün istifadə edə bilərlər.  

Ümumiyyətlə, fişinq hücumlarına 16 ölkədə 130-dan çox ali təhsil müəssisəsi məruz qalıb: ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Finlandiya, Kolumbiya, Honkonq, Hindistan, İsrail, Niderland, Yeni Zelandiya, Polşa, İsveç, İsveçrə, CAR və BƏƏ. Hücuma məruz qalanların böyük əksəriyyəti təhsili ingilis dilində aparılan tanınmış universistetlər olub. Ən çox hücum Amerikanın Vaşinqton Universitetinə (“University of Washington”) edilib – bu təhsil ocağının payına 111 fişinq münaqişəsi düşür.

Sosial mühəndisliyin bütün metodlarında olduğu kimi “universitet” fişinqi ilə bağlı hadisədə də fırıldaqçılar istifadəçilərin diqqətsizliyinə ümid edirlər. Cinayətkarlar tərəfindən universitetlərin sistemində qeydiyyat üçün yaradılmış saxta səhifələr olduqca həqiqi səhifələrə bənzəyir: çox vaxt fişinq səhifələrinin yeganə fərqi URL ünvanıdır, hansında ki, cəmi bir neçə hərf orijinalla uyğun gəlmir.

“Fişinqlə mübarizədə ən sadə, vacib və yoxlanılmış məsləhət – məxfi məlumatları daxil etmək istədiyiniz səhifənin ünvan sətrini həmişə yoxlayın. Fişinqin insan faktoru ilə ayrılmaz olduğu üçün bütün təşkilatlara, əsasən də, universistetlərə ikifaktorlu audentifikasiyadan istifadə etməyi, sıravi istifadəçilərə isə antifişin texnologiyalarından yararlanmağı tövsiyə edərdik”, - deyə “Kaspersky Lab” şirkətinin aparıcı məzmun-analitiki Nadejda Demidova bildirib.

Universitetlərə edilən fişinq hücumları haqqında ətraflı linkdə: https://securelist.ru/phishing-for-knowledge/92232/.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment