Bakı, FinanceTime. Tibbi sığorta bazarında lider olan, A-Qroup Sığorta Şirkəti öz xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, həm də onun hüdudları xaricində təqdim edir.
Yalnız 2018-cı il ərzində A-Qroup Sığorta Şirkəti 50 sığortalının müalicəsini xaricdə təşkil etmiş və ödəmişdir.
Sığorta hadisələri aşağıdakılar olmuşdur:cərrahi müdaxilə, onkoloji xəstəliklərin müalicəsi və tibbi müayinə.Sığortalılar Türkiyə, Almaniya, Rusiya,İsrail, Ukrayna, Belorusiya və İranınən yaxşı klinikalarında müayinə və müalicə almışlar.
Xatırlatmaq istərdik ki, A-Qroup 23 ildən artıqdır ki, öz müştərilərini sevən, onların hər birinin qayğısına qalan və onlara dünya standartlarına uyğun yüksək keyfiyyətli xidmət göstərən şirkət olaraq qalmaqdadır.