Bakı, FinanceTime. PAŞA Sığorta şirkətində Qan Donorlar Assosiasiyasının dəstəyi ilə 2 Fevral Azərbaycan Gəncləri günü münasibəti ilə qan vermə aksiyası keçirilib.
İlk öncə şirkətin əməkdaşlarıhəkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib.
Toplanan qanın talassemiyadan əziyyət çəkən uşaqlara ayrılması nəzərdə tutulub. Həmçinin aksiyada iştirak edən hər bir donora şirkət tərəfindən xüsusi təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Mütəmadi olaraq KSM istiqamətli layihələr, aksiyalar təşkil edən PAŞA Sığorta şirkəti ilk dəfə qan vermə aksiyası da keçirib. Şirkətdən verilən məlumata görə Qan Donorlar Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində gələcəkdə də bu istiqamətdə aksiyaların keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir.“PAŞAHolding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.