“AtaSığorta” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti yeni ünvanda fəaliyyət göstərəcəkdir
05.02.2019
Bakı, FinanceTime. Hər zaman müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərməyə çalışan “AtaSığorta” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti yeni ünvanda fəaliyyətini davam etdirəcəkdir. Bakı şəhərinin Nərimanov rayonunda Heydər Əliyev pr. 105 ünvanında vətəndaşların qəbulu və sığorta hadisələrinin tənzimlənməsi həyata keçiriləcəkdir.
Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin yeni ofisi rahat və geniş binada tam təmir edilmiş, müasir texnoloji avadanlıqlarla təmin edilmiş və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdir. Ofisinin rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir.
AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.