|
|
|
Sığorta | | | Bakıda «Həyat sığortası və pensiya» adlı təlim kursu keçiriləcək |
06.11.2012 | |
| |
Noyabrın 13-15-də Bakıda Azərbaycan Maliyyə Nazirliyi, Beynəlxalq Aktuarlar Assosiasiyasının (IAA) Sərhədsiz Aktuarilər Komitəsi (AWB) və Azərbaycan Aktuarlar Assosiasiyası tərəfindən «Həyat sığortası və pensiya» adlı kurs təşkil ediləcək.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, kursun əsas məqsədi həyat sığortası və pensiya sığortası məhsulları ilə bağlı aktuarların bilik və bacarıqlarının artırılması və beynəlxalq təcrübənin öyrənilməsidir.
Xidmətdən bildirib ki, ödənişsiz həyata keçirilən kursa təlimçi kimi xaricdən mütəxəssislər dəvət olunub.
Sığorta (təkrarsığorta) şirkətləri tərəfindən kursda iştirak etmək istəyən mütəxəssislərin ad, soyad və əlaqə məlumatları haqqında informasiya noyabrın 7-dək elektron poçt vasitəsi ilə (g.aliyev@maliyye.gov.az) Dövlət Sığorta Nəzarəti Xidmətinə göndərilməlidir.
www.apa.az
|
|
|
|