Bakı, FinanceTime. Zəlzələ günündən ötən 7 gün ərzində AZSIĞORTA artıq 37 sığorta ödənişi həyata keçirib. İlk 5 ödəniş isə zəlzələdən 3 gün sonra edilmişdir. 37 ödənişdən 21-i Daşınmaz Əmlakın İcbari Sığortrası üzrə, 16-sı isə könüllü növlər üzrə edilib. Bu istiqamətdə iş davam etdirilir.
Xatırladaq ki, fevralın 5-dən6-na keçən gecə Pirqulu stansiyasından 7 km cənubda zəlzələ qeyd alınmışdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5 bala yaxın olub. Müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, AZSIĞORTA fevralın 7-də bu ərazidəoperativ qərargah qurmuşdur. İlk gün ərzində 30-dan çox müraciət daxil olmuşdur, daha sonra isə müraciətlərin sayı 70-ə çatmışdır.
AZSIĞORTA üçün bu ilk belə təcrübə deyil –şirkət 2016-cı ildə İmişli rayonunda və 2015-ci ildə Şəki rayonunda baş vermiş zəlzələlər zamanı analojı tədbirlər həyata keçirmişdir.