|
|
|
Sığorta | | | Bir ayda icbari sığorta müqavilələri üzrə daxilolmaların məbləği 9,2 milyon manat olmuşdur |
06.11.2012 | |
| |
Cari ilin oktyabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 88,9 mindən çox sığorta müqaviləsi bağlanmışdır.
İSB-dən AzərTAc-a bildirilmişdir ki, bunun 21,6 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil etmişdir.
Bir ay ərzində bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 9,2 milyon manat olmuşdur.
Ümumilikdə İSB-nin icbari sığorta növü üzrə icazəsi olan iştirakçıları tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 792,7 min sığorta müqaviləsi bağlanmışdır. Bunun da 183,4 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil etmişdir. Həmin sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 62,4 milyon manata yaxındır.
www.azertag.com
|
|
|
|