Baki, Finance Time. Sığorta məhsulların xəttini yeniləşdirilməsi çərçivəsində AXA MBASK Sığorta Şirkəti xaricə səfər edən şəxslər üçün bazara yeni sığorta məhsulu təqdim etdi.
Bu gün sığortanın bu növü artıq adi turizm fəaliyyətinə daxil olmuşdur. Əgər əvvəllər müştərilər viza rəsmiləşdirməsi əsnasında səfirlikdə tələb olunan minimal sığorta paketi satın aldıqları halda indi onlar getdikcə daha tez-tez geniş sığorta təminatı verilməsinə israr edirlər.
Belə ki, şirkətin yeni məhsulu müştərilərin dəyərdən və tələbatlardan çıxış edərək özlərinə lazım olan təminatı özlərinin seçməsinə imkan yaradır.
Standart ilkin təminat xaricə səfər əsnasında tibbi xərcləri ehtiva edir. Bu zaman müştərinin istəyindən asılı olaraq sığorta təminatı 15000-75000 şərti vahid arasında dəyişir. Onu da qeyd etmək lazımdır ki, yaş həddi 75-ə qədər artırılmışdır. Daha da genişləndirilmiş digər məhsul isə yuxarıda sadalananlardan əlavə baqajın itirilməsi, başqa istiqamətə göndərilmiş baqajın qaytarılması, gözlənilməyən hadisələrlə əlaqədar səfərin təxirə salınması kimi riskləri, habelə səfər əsnasında rast gələ biləcək digər riskləri təmin edir.
Yeni sığorta məhsulu haqqında daha ətraflı məlumatı əldə etmək üçün 950 telefon nömrəsinə zəng edib və ya www.axambask.az internet səhfəsinə girib oyrənə bilərsiniz.