1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


AXA MBASK sığorta agentliklərinin ikinci forumunu keçirdi
20.11.2012

Baki, Finance Time.  AXA MBASK Sığorta Şirkəti Jumeirah Bilgah Beach Hotel-də “Fərqliyiq, fərq yaratmaq üçün burdayıq” adlı Sığorta Agentliklərinin ikinci illik Forumunu keçirib. İki gün davam edən Forumda sığorta agentliklərinin rəhbərləri və AXA MBASK-la əməkdaşlıq edən sığorta agentləri iştirak ediblər. Qeyd edək ki, sığorta agentliklərinin hər iki forumu Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir.

Forum çərçivəsində iştirakçıların xahişi ilə xüsusi olaraq dəvət edilmiş ekspertlər vergilər və satışlarla bağlı məsələlər, üzrə geniş treninqlər keçiriblər. Həmçinin, şirkət rəhbərliyi ilə sığorta bazarında olan vəziyyət, Azərbaycanda agent satışlarının genişləndirilməsilə bağlı məsələlər, 2013-ci ildə sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, ölkə paytaxtında və bölgələrdə agent şəbəkəsi vasitəsilə icbari və könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Forum iştirakçıları onların şərəfinə təşkil olunmuş təntənəli axşam yeməyinə dəvət olundular, burada iştirakçılara xatirə mükafatları və hədiyyələr təqdim edildi.

Bu tədbirdəki müzakirə olunan təkliflər ve analizlər göstərdi ki, AXA MBASK sığorta şirkəti ve onun sığorta agentlikleri Azərbaycan bazarında dinamik inkişaf etməyə və sıgorta bazarının əvəzedilməz strateji partnyoru olmağa doğru irəliləməktədir.

AXA MBASK qısa müddətdə paytaxtda və bölgələrdə 80-ə yaxın agentlik yaradıb. Müasir informasiya texnologiyalarının tətbiqi sayəsində online rejimde agentliklərinə ve müştərilərinə yüksək səviyyədə xidmətlə təmin edib.

Müştərilərlə sıx əlaqə quran və zərurət yarandığı zaman onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment