1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Həyat”ın nizamnamə kapitalının həcmi 13 mln. manat həddini keçdi
04.09.2019

Bakı, FinanceTime. Azərbaycanın həyat sığortası bazarının ən dayanıqlı və aparıcı şirkətlərindən olan “Qala Həyat Sığorta Şirkəti” nizamnamə kapitalının həcmini 13 041 600 manata çatdırıb.  

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, nizamnamə fondunun artırılması şirkətin uzunmüddətli strateji inkişaf planına müvafiq olaraq kapital artırımı  istiqamətində atdığı prioritet addımlardan biri kimi sayılır. Şirkət bazarda öz mövqeyini və dayanıqlığını daha da gücləndirməsi üçün növbəti illərdə də bu siyasətini davam etdirmək niyyətindədir.    

Qeyd edək ki, Səhmdarların Ümumi Yığıncağının yekun qərarına əsasən, nizamnamə kapitalının artırılması əlavə səhmlərin buraxılması yolu ilə həyata keçirilib. “Təsisçilər tərəfindən ümumi dəyəri 171 600 manat, o cümlədən hər birinin dəyəri 2 860 manat olan 60 (altmış) ədəd sənədsiz, adi adlı səhmin buraxılması nizamnamə kapitalının planlaşdırılan səviyyəyədək artırılması qərarı verilib. Səhmlərin yerləşdirilməsi qapalı təklif üsulu ilə birjadankənar həyata keçirilib. Səhmlərin yerləşdirilməsi prosesi tam başa çatıb və bununla da “Qala Həyat Sığorta Şirkətinin” ümumi nizamnamə fondunun həcmi 13 041 600 manata çatdırılıb.

Azərbaycanda ilk müddətsiz lisenziyaya sahib olan “Qala Həyat Sığorta Şirkəti” 2010-cu ildən fəaliyyətə başlayıb.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment