1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah”-ın rəngli məhsullarını artıq online əldə edə biləcəksiniz
11.09.2019

Bakı, FinanceTime.  Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” SŞ vətəndaşlar üçün daha bir yeniliyə imza atdı.

İcbari nəqliyyat sığortası sahiblərinin sığorta imkanlarını artıran “Sarı”, “Narıncı” məhsulları və onların cəmi olan “Al” paketini artıq online əldə etmək mümkün olacaq. Qeyd olunan məhsulları almaq üçün sadəcə “Atəşgah” SŞ-nin rəsmi veb səhifəsinə daxil olmaq kifayətdir.

 “Sarı” məhsulu üzrə cəmi 19 AZN ödəməklə müştəri, qarşı tərəfin zərəri 5000 AZN-i keçdikdə belə əlavə xərc çəkmir, çünki şirkətin bu məhsulu AVSMMİS-nın “davamı”dır və sığorta təminatının 10,000 AZN –dək artırılmasını nəzərdə tutur.

“Narıncı” məhsulu üzrə 19 AZN ödəməklə müştərinin günahı olmadan, digər nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində, öz avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi üçün də əlavə 5000 AZN ödəniş əldə edə bilər.


“Sarı” və “Narıncı” məhsullarını özündə birləşdirən “Al” paketi isə müştərilərə ikiqat üstünlük qazandırır. Cəmi 36 AZN, ödəməklə müştərinin öz avtonəqliyyat vasitəsinə və yaxud qarşı tərəfin avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə əlavə 5000 AZN təminat əldə etmək mümkün olacaq.


Məhsullar  haqqında ətraflı məlumat əldə etmək üçün əlaqə vasitəsi: (012) 940


Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment