27 sentyabr 2019-cu il tarixində “AtaSığorta” ASC-nin əməkdaşları arasında şirkətin 15 illik yubileyinə həsr olunmuş boulinq yarışması keçirilmişdir. 10 komandanın iştirak etdiyi yarışmada, qalib komanda və fərdi göstəricilərə görə ilk 3 yeri tutmuş əməkdaşlar qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
“AtaSığorta” ASC fəaliyyətinin 15-ci ildönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını və əməkdaşlarını təbrik edir, onlara bu dövr ərzində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirir və bundan sonra da uzun illər boyunca birlikdə yeni-yeni nailiyyətlər qazanmağı arzulayır!
“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 100-ə yaxın filial, nümayəndəlik və satış ofisləri daxildir.