1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığortadan əmək şəraitini yaxşılaşdırmaq üçün daha bir addım
02.10.2019

Bakı, FinanceTime.  Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu əmək şəraitini daha da yaxşılaşdırmaq  məqsədilə iş saatını qısaldır.

“Atəşgah” Sığorta Qrupu əmək  şəraitini daha da yaxşılaşdırmaq  məqsədilə iş saatını otuz dəqiqə qısaltmaqla gündəlik normal iş vaxtını 7,5 saata endirmək haqqında qərar qəbul etmişdir. 01 oktyabr tarixindən etibarən iş vaxtı 09:00-da başlanır, 17:30-da bitir, 13:00-dan 14:00-dək nahar fasiləsi nəzərdə tutulur. Bu qərarla əməkdaşların iş rejimində qısalma olsada, “Müştəri xidmətləri” və “Çağrı mərkəzləri” üçün hazırlanmış xüsusi iş qrafiki sayəsində, müştərilərə 7/24 xidməti göstərməkdə davam edilir.


Qeyd etmək lazımdır ki, iş saatının qısaldılması barədə qərar şirkətdaxili biznes proseslərin İSO keyfiyyətinin idarə edilməsi standartlarına uyğunlaşdırılmasına və əksər proseslərin avtomatlaşdırılmasına arxalanaraq, habelə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na əsaslanaraq qəbul etmişdir.


Bu qərar qayğıkeş, nümunəvi işəgötürən prinsiplərinə sadiq qalaraq, 2012-ci ildən etibarən əməkdaşlara münasibətdə davamlı stimullaşdırıcı tədbirlərin məntiqi nəticəsi olaraq verilmişdir. Belə ki, işçilərin asudə vaxtının daha səmərəli keçirilməsi, nəticədə sağlam - enerjili iş və yaşam tərzinin bərqərar olması məqsədilə nahar fasiləsi zamanı, habelə iş vaxtı başlananadək və iş vaxtı bitdikdən sonra işçilər üçün mütəmadi olaraq yoqa dərsləri təşkil edilir. Qrupun yerləşdiyi binada  müasir tələblərə cavab verən idman zalı işçilərin istifadəsinə verilərək onların müxtəlif alpinizm dərnəklərində və  marafonlarda iştirak etmələrinə  şərait yaradılır. Şirkətin əməkdaşları həmçinin dünyagörüşü, bilik və savadlarını artırmaq üçün xüsusi yaradılmış kitabxanadan və videotekadan da istifadə hüququna malikdirlər.


Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment