Lion Feyxtvanger – alman yazıçısı, jurnalist
Bizim məqalədə barəsində bəhs ediləcək insanın şəxsiyyətini məhz bu aforizm ilə xarakterizə etmək olar. Azərbaycanın tanınmış həkimi və iş adamı Sabir Adna oğlu Adnayev istənilən işə başlayaraq uğur qazanmağı bacaran insan kateqoriyasına aiddir. Sabir Adnayevin həyat yolu və peşəkarlığı bunu təsdiq edir.
Minlərlə insanın sağlamlığının qarantı kimi çıxış edəcək, gələcəyin istedadlı həkimi, 7 noyabr 1949-cu ildə Muromda (Rusiya), hərbçi ailəsində dünyaya gəlib. O, əməkdar təhlükəsizlik orqanı əməkdaşı, DTK polkovniki Adna Adnayevin və fizika və riyaziyyat üzrə əməkdar müəllimə Adnayeva Lyudmila Mixaylovnanın yeganə oğlu olub. 1957-ci ildə Adnayevlər ailəsi Bakıya köçür. Məktəbi bitirdikdən sonra, 1966-cı ildə, Sabir Adnayev hazırda Azərbaycan Tibb Universiteti kimi tanınan, N. Nərimanov adına Azərbaycan Dövlət Universitetinin pediatriya fakültəsinə daxil olur. Sonra gənc həkim peşə təhsilini Leninqrad həkimlərin təkmilləşdirilməsi institutunun aspiranturasında “Sosial gigiyena və səhiyyənin təşkili” ixtisası üzrə davam etdirmək qərarına gəldi. Yorulmaz insan olan Sabir Adnayev ömrü boyu öz üzərində daim işləyib və bu ona Allah tərəfindən bəxş edilmiş istedadlarını daha da inkişaf etdirmək imkanını verib.
Getdikcə bu keyfiyyətlər və təbii istedadı ona aspiranturanı uğurla bitirib Azərbaycanda “Yol-nəqliyyat hadisələrində təcili tibbi yardımın təşkilinin təkmilləşdirilməsi” mövzusunda dissertasiyanı ilk müdafiə edən mütəxəssis olmağa imkan verdi. Növbəti illər ərzində peşəkar keyfiyyətləri ilə seçilən Sabir Adnayev Azərbaycanla yanaşı ümumittifaq səviyyədə bir sıra fəxri adlara layiq görülür.
Karyerası boyu Sabir Adnayev illər ərzində Azərbaycan Səhiyyə Nazirliyi sistemində təcili tibbi yardımın təşkili üzrə mütəxəssis kimi çalışıb. Zəhmətkeşlik və mükəmməlliyə nail olmaq istəyi, 80-ci illərin sonlarında onun rəhbərliyi altında Təcili yardım xidmətinin inkişafına töhfə verdi və Sovet İttifaqında ən yaxşı xidmət edən qurumlardan biri etdi. O, Azərbaycan Respublikası Tibb işçilərinin peşə ittifaqı komitəsinin və həkimlərin attestasiyası komissiyasının rəhbəri vəzifələrində çalışdığı dördlərdə, ölkənin səhiyyəsinin təşkili ilə yanaşı tibb işçilərinin maraqlarının müdafiəsi uğrunda vacib tədbirlər görüb.
Biznes üzrə tərəfdaşları və dostları Sabir Adnayevi şirkətlər qrupunun istedadlı rəhbəri və dərin ahəngdar, bütöv, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi xarakterizə edirlər. ə
Onun yeniliklərə olan marağı, hadisələrdən həmişə öndə olmaq, habelə tibb və idarəetmə sahəsində illərlə qazandığı təcrübəsi 1991-ci ildə “ARXA” adlı Azərbaycanda ilk sığorta səhmdar cəmiyyətini, daha sonra 1995-ci ildə isə «A-Group» sığorta şirkətini təşkil və idarə etməyə imkan verdi. Nəticədə o, yeni və az tanınan sığorta xidmətləri biznes mühitində Azərbaycanın aparıcı şirkətlərindən birini yaratmağa nail olub. Bu gün «A-Group» Azərbaycanın ən uğurlu 10 sığorta şirkətindən biridir və bu uğurların arxasında titanik səylər dayanır, çünki 90-cı illərin əvvəlində Azərbaycan çətin vəziyyətdə idi, qeyri-sabit siyasi fonda, ölkə iqtisadi böhran və keçid dövrünü yaşayırdı. Bu dövrdə sığorta biznesini inkişaf etdirmək demək olar ki, mümkün deyildi, çünki bazarda şərait son dərəcə qeyri-münbit idi. Lakin işinin peşəkarı olan insanlar istənilən şəraitdə uğur qazanmaq iqtidarındadırlar. Bir məqsədə nail olmaq uğrunda, düzgün şəkildə və vaxtında müxtəlif insanları birləşdirməyi bacaran, gözəl rəhbər nümunəsi olan Sabir Adnayev, təzəliklə azadlığa nail olan ölkədə, beynəlxalq standartlara cavab verən sığorta xidmətləri təqdim etmək iqtidarında olan bir şirkət yaratdı.
Peşəkarlığı artdıqca, Sabir Adnayevin təbii olaraq nailiyyətləri də artırdı. Qeyri-adi enerjiyə və erudisiyaya malik olan insan tərəfindən növbəti mərhələdə dövlət tibb xidmətləri sahəsinə yaxın olan sahədə gələcək uğurların bünövrəsini qoydu. Sabir Adnayev 1998 ildə Azərbaycanda ilk fərdi tibbi servis şirkətinin «MediClub»ın sahibi oldu. İstedadlı rəhbər müxtəlif tibbi mütəxəssislərdən ibarət olan böyük vahid bir komanda yaratmağı bacardı. «MediClub» komandası pasientlərinə tibbi xidmət göstərməkdə böyük nailiyyətlər əldə etməkdə müvəffəq olub və bu günədək şirkət Azərbaycanın ən yaxşı klinikalarından biri sayılır.
İnkişaf etmiş intuisiya ona tibbi biznesinin regional səviyyədə uğurunu və perspektivliliyini öncədən görməyə imkan verdi. Hansı istiqamətdə hərəkət etməyi və məqsədə necə nail olmağı nəzəriyyəsi və həmçinin yerli bazarda əldə edilmiş uğurlar ona karyerasında növbəti addımı atmağa imkan verdi – 1999-cu ildə Gürcüstanda klinikanın «MediClubGeorgia» filialı açıldı. Zaman, bu qərarın nə dərəcədə düzgün olduğunu göstərdi və hazırda şirkətin yaratdığı şəbəkə regionun, Xəzər dənizindən başlayaraq Qara dənizinə kimi davam edən, böyük bir hissəsini əhatə edib.
Sabir Adnayevin biznes layihələrinin uğurunda onun öz qərarlarının düzgünlüyündə əminliyi, bu əminliyi və inamı ilə əməkdaşlarını və biznes-tərəfdaşlarını inandırmaq bacarığı aparıcı rol oynayıb. Bu gün «MediClub» ölkə vətəndaşlarının sağlamlığını təmin etməklə yanaşı yeni nəsil həkimlərin yetişdirilməsi üçün əlindən gələni edir. Şirkətin Azərbaycan Tibb Universiteti (ATU) ilə bağladığı saziş əsasında 10 tələbə 150 manat məbləğində əlavə olaraq aylıq təqaüd alır. «MediClub» şirkətində ATU-nun rezidentlərindən və tələbələrindən ibarət olan 12 nəfərlik qruplar üçün BLS və ACLS üzrə pulsuz kurslarda, peşə hazırlıqlarında və elmi araşdırmalarda iştirak üçün şərait yaradılıb, bu əlbəttə ki, gələcəkdə onların peşəkarlığına təsir göstərəcək. Kim bilir, «MediClub»ın dəstəyi ilə klinikada peşələri üzrə iş təcrübəsi keçmiş bu tələbələr və rezidentlər neçə insanın həyatını xilas edəcək və sağlamlıq bəxş edəcək.
Bununla Sabir Adnayevin rəhbərlik etdiyi şirkətin xeyirxah işləri başa çatmır. Məlum olduğu kimi, «MediClub» özəl tibb klinikası ölkənin uşaq sığınacaqlarından birinə qəyyumluq edir və bu sığınacağın uşaqlarına pulsuz tibb xidmətləri göstərir.
Təşkilatçılığı, həmişə zamanla ayaqlaşmağı və həmçinin yeni layihələr həyata keçirməyə hazırlığı ilə seçilən Sabir Adnayevin gözəl şəxsi keyfiyyətləri 2014-cü ildə Milli idman tibb və reabilitasiya institutunu təşkil etmək üçün zəmin yaratdılar.
Tanınmış həkim və biznesmenin uğuru təsadüfi deyil, çünki bu insan yüksək intellektual səviyyəyə malikdir. Sabir Adnayevin zəngin kitabxanası var və onu geniş maraq dairəsinə mütaliə ilə yanaşı incəsənətə sevgidə daxildir. Hətta Sabir Adnayevin rəhbərlik etdiyi şirkətlərdən biri Azərbaycan teatrlarından birində tamaşanın qurulmasına sponsor dəstəyi göstərib. Lakin o, xeyriyyəçiliyini və sponsor dəstəyini reklam edən adamlar sırasına aid deyil.
Bədii və elmi ədəbiyyata olan marağı ona bir sıra elmi məqalələri yazmaqda dəstək olub. Sabir Adnayev bir çox elmi-tibbi məqalələrin müəllifidir.
Artıq 40 ildən çox peşəkar fəaliyyət göstərən Sabir Adnayev, peşəkar mühitdə səhiyyə və sığorta sahəsində yüksək təşkilatçılıq bacarığına görə tanınıb və özünü düşüncəli mütəxəssis kimi təsdiqləyib.
Peşəkar nailiyyətləri ilə yanaşı o şəxsi keyfiyyətləri ilə də seçilir və ətrafındakı insanlar onun həssaslığını, birlik hissini və ətrafındakı insanlara diqqətli olmasını qeyd edirlər.
«Bizim nəslə aid olan insanlar, pik nöqtəsi 20 yanvara düşən, o vaxt ki, faciəli hadisələrin canlı şahidləridir. O vaxtlar mən Bakının Oktyabr rayonunun, hazırkı Yasamal rayonunun, Təcili Tibbi Yardım Stansiyasının baş həkimi çalışırdım. Axşam stansiyaya Bakı Təcili Yardım Stansiyasının baş həkimi Sabir Adnayev zəng vurdu və həyəcanla dolu səslə Azərbaycan televiziyasının binasında partlayış baş verdiyini bildirdi. Çağırışların sayı hər dəqiqə ilə artırdı, amma bizim peşə borcumuzu yerinə yetirmək imkanımız yox idi. Yollar bağlı idi hərbçilər baxmadan hər tərəfə atəş açırdılar və biz çətinliklə yaralıları xəstəxanaya çatdıra bilirdik. Baş həkim Sabir Adnayev daim bizim ilə əlaqə saxlayırdı və həyəcanla kiminsə eyvanda yaralalandığını, kiminsə isə blokda güllələndiyini bildirirdi. Bu arada o daim ratsiya ilə həkimlərə - özünüzü qoruyun – deyə qışqırırdı, - o vaxt artıq bizim bir neçə həkimimiz artıq yaralamışdı», - deyə, nə vaxtlarsa Bakının Oktyabr rayonunun (hazırkı Yasamal rayonu) Təcili Tibbi Yardım Stansiyasının keçmişdə baş həkimi olan Mürsəl Həmidov, 90-cı illərdə Sabir Adnayev Bakı Təcili Yardım Stansiyasının rəhbəri olduğu vaxtları yada salır.
O faciəli hadisələr bizim xalq üçün bir sınaq, insani keyfiyyətlər imtahanı oldu və Azərbaycan həkimləri onu fərqlənmə ilə keçdilər. Lakin, Sabir Adnayev bu haqda heç vaxt danışmır, çünki insanlara belə yanaşmanı təbii hal hesab edir, ayrı cür ola bilməz.
Həkim peşəsini seçən insan üçün əsas tələb olunan insanlıq və insanlara sevgi hissi kimi keyfiyyətlər bu insanda tam olaraq öz əksini tapıb. Onun üçün ətrafdakı insanlar, əməkdaşları, dostları və qohumları böyük əhəmiyyət kəsb edir, onlar onu qonaqpərvər insan kimi tanıyır, hansı ki, tez-tez dostlarını toplayır, yemək bişirməyi sevir və demək olar ki, həmişə onlar üçün özü yemək bişirir.
Sabir Adnayev karyerası boyu, “İqtisadiyyatı güclü olan ölkə, hər şeyə nail ola bilər” şüarını səsləndirən, Azərbaycanın dahi lideri Heydər Əliyevin prinsiplərini özünə rəhbər tutub. Bu prinsiplər onu ölkəmizin ümummilli maraqlarına cavab verən öz biznesini yaratmağa təşviq edib.
Məlum olduğu kimi hər bir insana bu həyatda özünəməxsus bir missiya xasdır və Sabir Adnayev istedadını və imkanlarını xeyirxah işlərə yönəldən insanlar kateqoriyasına aiddir, hansı ki, dünya quruluşunda təkcə onlara məxsus olan bir yer tuturlar.
Bu il enerji ilə dolu olan Sabir Adnayev, dövlətinin çiçəklənməsi və xalqına xidmət etmək üçün gələcəkdə də çalışmaq niyyəti ilə, 70-illik yubileyini qeyd edir.