1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMqT-nin Azərbaycan nümayəndəliyi Gəncədə yerləşən sığınacaqda təmir işlərinə başladı
20.11.2019

Baki, FinanceTime.  Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarında yaşayış şəratini yaxşılaşdırmaqla həmin sığınacaqlarda yerləşdirilmiş insan alveri qurbanlarına və insan alveri və məişət zorakılığına məruz qalan şəxslərə birbaşa yardım göstərməkdə davam edir. Bu yaxınlarda nümayəndəlik Niderland Krallığının ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda insan alveri qurbanlarına birbaşa yardım göstərilməsi və sığınacaq yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə onların ehtiyaclarının həll edilməsi” layihəsi çərçivəsində Gəncədə fəaliyyət göstərən “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən idarə olunan sığınacaqda təmir işlərinə başlamışdır. İnsan alveri qurbanları, insan alverinə və məişət zorakılığına həssas olan şəxslər üçün nəzərdə tutulan sığınacaqda aparılan təmir və bərpa işlərinə ümumi təmir, sanitar qurğularının, damın yenilənməsi, pəncərələrin və qapıların quraşdırılması daxildir.

Ümumilikdə adı çəkilən layihə Gəncədə fəaliyyət göstərən “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən idarə olunan sığınacağın texniki potensialını artırmağa imkan yaradacaq, insan alveri qurbanlarına, insan alverinə həssas olan şəxslərə və onların ailələrinə göstərilən qayğı və dəstəyin artırılmasına birbaşa töhfə verəcək. Bundan başqa, layihə insan alverinə məruz qalan insanlar və vətəndaş cəmiyyəti təşkilatları, müvafiq dövlət qurumları və özəl sektor arasında qurbanlara və insan alveri təhlükəsinə məruz qalan şəxslərə qrant verilməsi ilə bağlı praktiki aspektlər üzrə əlaqəni gücləndirəcək. Layihə çərçivəsində insan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyasına dəstək vermək üçün əsas bacarıqlar üzrə təlimlər həyata keçirməklə təlimi başa vuran iştirakçılara fərdi ehtiyaclara uyğun hazırlanmış qrantlar verməklə potensiallarının gücləndirilməsi nəzərdə tutulur.

Ümumilikdə bu layihə birbaşa yardım göstərməklə və sığınacaqlarda yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə insan alveri qurbanlarının və insan alveri təhlükəsi altında olan şəxslərin müdafiəsini təkmilləşdirməklə insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan hökumətinə və vətəndaş cəmiyyətinə kömək məqsədini daşıyır.

Qeyd edək ki, bundan öncə BMqT təmir işləri aparmaqla paytaxtda və bölgədəki bəzi sığınacaqlarda yaşayış şəraitini daha da yaxşılaşdırmışdır.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment