Baki, FinanceTime. Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşlarının tibbi sığortası üzrə xidmətlərin satın alınmasına dair tender başa çatıb. Tenderin nəticələrinə görə, AMB əməkdaşlarının tibbi sığortalanması AZSIĞORTA şirkəti tərəfindən həyata keçiriləcək.
Tərəflər arasında tenderin şərtlərinə əsasən müqavilə imzalanıb.
Məlumat üçün bildirək ki, cari ilin noyabr ayında “Fitch Ratings” nüfuzlu beynəlxalq reytinq agentliyi AZSIĞORTA üzrə proqnozunu Dayanıqlı (stable) səviyyəsində və Sığortaçının Maliyyə Gücünü (Insurer Financial Strength – IFS) “B” səviyyəsində yenidən təsdiq edib.
Beləliklə Azərbaycanda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biri olan və ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA müştərilərlə etibarlı əməkdaşlıq nümayiş etdirir. AZSIĞORTA güclü bazar mövqeyinə malikdir və Azərbaycanın sığorta bazarında əmlak, məsuliyyət və avtomobil sığortası liderlərdən biridir.