Baki, FinanceTime. Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan A-Qroup şirkəti 2019-cu ildə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.
Hesabat dövründə şirkət tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi əhəmiyyətli dərəcədə artıb.
Belə ki, A-Qroup şirkətinin sığorta yığımlarının ümumi məbləği 2019-cu ildə 15 124 506,10 manat təşkil edib, bu isə öncəki, hesabat dövrü ilə müqayisədə 15% artıqdır.
Ötən il ərzində eyni zamanda şirkətin sığorta ödənişlərinin həcmi artaraq 8 537 942,24 manat təşkil edib və bu rəqəm 2018-ci il üzrə analoji göstəricidən 5,9% çoxdur.
Şirkətin prioritet fəaliyyət sahəsi olan, tibbi sığorta üzrə A-Qroup tərəfindən 13 046 053,98 manat sığorta haqqı toplanıb, bu isə 2018-ci illə müqayisədə 5,7% çoxdur.
2019-cu il ərzində A-Qroup-un korporativ müştəri siyahısına 200-dən artıq yeni şirkət əlavə edilib.
Qeyd edək ki, bu il A-Qroup-un fəaliyyətinin 25-ci il dönümüdür. Bu müddət ərzində şirkət, 14 könüllü sığorta növü üzrə yüksək səviyyədə xidmət göstərməklə, daim müştərilərinin qayğısına qalıb.