Bakı, Finance Time. Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti “Yarat “Müasir İncəsənət Məkanı İctimai Birliyinin təşkil etdiyi sərgidə təqdim olunan 13 rəsm əsərini sığortalayıb.
15 may 2012-ci il tarixində Müasir İncəsənət Muzeyində açılan “Birləşən körpülər” adlı sərgi çərçivəsində nümayiş etdirilən xarici müəlliflərin əsərləri $1 mln. məbləğində sığortalanıb. Bu Sara Lukas, Olimpia Skarri, Nil Klements, Corc Yanq, Enni Morris və digər tanınmış rəssamların müəllifi olduğu rəsm əsərləridir.
Rəsm əsərləri bütün risklərdən, o cümlədən yanğın, partlayış, subasma, zəlzələ, oğurluq, üçüncü şəxslərin qərəzli hərəkətləri, vandalizm aktlarından sığortalanıb.
Sərginin sponsorları İtaldesign Group, Bakcell, Rapid Solutions və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyidir.
Sərgi 15 iyun 2012-ci il tarixinə qədər davam edəcək.