1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosasiyası İctimai Birliyinin (ASA İB) ofisində AR Dövlət Turizm Agentliyinin nümayəndələri ilə görüş keçirilib
07.02.2020

Azərbaycanda turizm xidmətləri üzrə keyfiyyətin yaxşılaşdırılması və ölkəyə gələn turistlərin məmnunluğunun artırılması cari vəziyyətdə əsas məsələlərdən biridir. Bu məqsədlə turagentlərin və turoperatorların fəaliyyətinin tənzimlənməsi və standart mexanizmin qurulması məqsədilə Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən “Turizm haqqında “ qanun lahiyəsi hazırlanmışdır. Hazırlanan qanun lahiyəsində əsas məqsəd turizm sahəsinin tənzimlənməsi olmaqla bərabər, turagentlərin və turoperatorların fəaliyyətləri ilə bağlı olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə üçüncü şəxslər(turistlər) qarşısında mülki məsuliyyətin sığorta etdirilməsidir.

ASA İB-nin təşkilatçılığı ilə, Azərbaycan Dövlət Turizm Agentliyinin səlahiyyətli şəxsləri  ASA İB-nin ofisində sığorta şirkətlərinin, turagentlər və turoperatorların, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda tətbiq olunacaq model müzakirə edildi. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanun lahiyəsi və görüləcək işlər barədə məlumat verildi. 

İclasda Turizm sahədində mülki məsuliyyət sığortasının tətbiqi zamanı əldə ediləcək fayda, yaranacaq problemlər və risklər müzakirə olundu, proitet məsələlərin müəyyənləşdirilməsi istiqamətində danışıqlar aparıldı.

Sonda turagent və turoperatorlara bu modelin tətbiqi zamanı qarşıya çıxabiləcək risklərin müəyyən edilməsi barədə tapşırıq verildi. Müəyyən edilən risklər əsasında modelin yenidən müzakirə edilməsi üçün növbəti iclas tarixi müəyyən edildi.

ASA İB ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment